Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:31

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar təklif edir


Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının sayca səkkizinci paketinə Rusiya mallarının idxalına qadağanın genişlənləndirilməsi daxildir

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində qondarma referendumlar keçirdiyinə görə Moskvanın üzərinə yeni sanksiyalar qəbul etməyi təklif edib.

Bu barədə bəyanatı sentyabrın 28-də Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Aİ xarici işlər komissarı Jozep Borrel verib.

Avropa İttifaqı liderləri Ukraynada keçirilmiş referendumları “qondarma” adlandırıblar və bildiriblər ki, ittifaq üzvləri bu referendumların Moskva tərəfindən elan edilmiş nəticələrini heç vaxt qəbul etməyəcək.

Səkkizinci paket

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının sayca səkkizinci paketinə Rusiya mallarının idxalına qadağanın genişlənləndirilməsi daxildir.

Təxminlərə görə bu tədbir Rusiya büdcəsini 7 milyard dollar gəlirdən məhrum edəcək.

Söhbətin konkret olaraq hansı mallardan getdiyi hələki bildirilmir, amma bəzi medialar bura həm də işlənməmiş xam almazın daxil ola biləcəyini yazırlar.

Bundan başqa yeni sanksiya paketinə Rusiyaya elektronika mallarının və bəzi kimyəvi maddələrin ixracına qoyulan qadağan daxil olacaq.

Rusiya şirkətlərində işə qadağan

Yeni sanksiyalar habelə Avropa İttifaqı vətəndaşlarına Rusiyanın dövlət şirkətlərində işləməyi qadağan edəcək.

Avropa Komissiyası həmçinin Rusiya neftinə qiymət həddi qoyulması mexanizminin işlənib hazırlanmasını təklif edib.

Bu sonuncu tədbir bu yaxınlarda keçirilmiş müzakirələrdə heç də bütün ittifaq üzvləri tərəfindən dəstəklənməmişdi.

Bununla yanaşı sanksiyaya salınan fiziki və hüquqi şəxslərin siyahısnın genişləndirilməsi təklif olunur.

Bundan sonra Avropa Komissiyasının təklifləri ittifaqın 27 üzvü tərəfindən müzakirə olunmalıdır.

Qərarların qəbul edilməsi üçün bütün üzvlərin razılığı – konsensus tələb olunur.

Birləşmiş Ştatlar da yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyini bildirib.

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

XS
SM
MD
LG