Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:48

Zelenski Putinlə danışıqlardan imtina fərmanı imzalayıb


Ukrayna prezidenti Volodimir Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sentyabrın 30-da sürətləndirilmiş qaydada NATO üzvlüyünə qəbul üçün müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 4-də ölkə Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Bu fərmanda Rusiya Federasiyasının Ukraynanın ərazilərini ilhaq etmək cəhdinə cavab olan 5 bənd var.

Birinci bənddə Putinlə danışıqların mümkün olmaması bildirilir. İkinci bənddə deyilir ki, Ukraynanın NATO üzvlüyünə müraciəti təsdiq olunur.

Fərman Nazirlər Kabinetinə Ukraynanın müdafiə və təhlükəsizlik potensialını Rusiya təcavüzünü təminatlı şəkildə dəf edəcək səviyyəyə çatdırılması tapşırılır.

Fərmanda Ukrayna parlamenti Verxovna Radaya dövləti möhkəmlədəcək, habelə Rusiyanın hərəkətlərinə görə sanksiyaların qəbuluna imkan verəcək qanunların qəbul edilməsi tövsiyə olunur.

“Putinlə “söhbətlik” heç nə qalmayacaq”

Rusiyanın Federasiya Şurası oktyabrın 4-də Ukrayna ərazilərinin ilhaqına dair müqavilələri ratifikasiya edib.

Senatorlar bu qərara yekdilliklə səs veriblər. Bundan əvvəl ilhaqın qanuniliyini Rusiya Konstitusiya Məhkəməsi təsdiq edib.

Bundan sonra sənədlər prezident Vladimir Putin tərəfindən imzalanmalıdır.

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında demişdi ki, Rusiya qondarma LXR və DXR-in, habelə Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin ilhaqına dair qərar qəbul etsə, Vladimir Putinlə “söhbətlik” heç nə qalmayacaq.

O daha sonra bildirmişdi ki, Ukrayna Rusiya ilə dialoqa hazırdır, amma indiki prezidentlə yox.

NATO və Moskvadan münasibət

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sentyabrın 30-da sürətləndirilmiş qaydada NATO üzvlüyünə qəbul üçün müraciət edib.

NATO-nun baş katibi Yens Stoltenberq buna cavab olaraq bildirib ki, alyansın qapıları Kiyevin üzünə açıqdır, amma indi əsas vəzifə Ukraynanın Rusiya müdaxiləsindən müdafiəsidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Putinlə danışıqlardan imtinasını şərh edərkən deyib:

"İndi gözləyəcəyik ki, ya indiki Ukrayna prezidentinin mövqeyi dəyişsin, ya da Ukraynada Ukrayna xalqı naminə öz mövqeyini dəyişəcək başqa prezident olsun”.

Sentyabrın 30-da Verxovna Radaya Rusiyanın Ukraynadakı bütün aktivlərinin milliləşdirilməsini nəzərdə tutan qanunvericilik aktının layihəsi təqdim olunub.

Paşinyan: 'Silah üçün 100 milyonlarla dollar ödəmişik, amma göndərmirlər'
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

XS
SM
MD
LG