Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:29

Bir vilayətdə 200-dən çox etirazçı məhkum edilib


Berlində etiraz akskyası, 22 oktyabr, 2022-ci il
Berlində etiraz akskyası, 22 oktyabr, 2022-ci il

İran ədliyyəsi mərkəzi Alborz vilayətində hökumətə qarşı etirazlarda iştirakına görə 201 nəfərin məhkum edildiyini bildirir.

Vilayətin baş hakimi Hüseyn Fazili Harikandi oktyabrın 24-də deyib ki, məhkum olunanlar “əsas və fəal agentlər”dir, çünki sosial mediada insanları etirazlara çağırıblar.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

600-dən çox saxlanan

O neçə nəfərin saxlandığını açıqlamasa da, saxlananların üçdə ikisinin artıq zaminə buraxıldığını deyib. Bu isə ümumilikdə 600-dən çox etirazçının saxlanması deməkdir.

Etirazlar əxlaq polisinin saxladığı Məhsa Əmininin vəfatından sonra başlanıb. 22 yaşlı qadının hicabı düzgün bağlamadığına görə saxlandığı bildirilir.

İranın Ali dini lideri Əli Xameneyi bu yaxınlarda deyirdi ki, etirazçılar “ya düşmənin agentləridir, ya da agent deyillərsə, düşmənlə bir istiqamətdə işləyirlər”.

Fazili Harikandi Xameneyinin bəyanatının “ədliyyə sisteminin yol xəritəsi” olduğunu qeyd edib.

Əmininin ölümü ölkədə islam inqilabından bəri ən böyük etirazlardan birinə yol açıb.

315 nəfər məhkum edilib

Tehranın prokuroru Əli Salehinin sözlərinə görə, paytaxtda “son iğtişaşlar”da iştirakına görə 315 nəfər məhkum olunub. O, etirazçılardan dördünün Allaha qarşı müharibədə ittiham olunduğunu deyib. Buna görə İranda ölüm cəzası kəsirlər.

Salehi saxlanan etirazçıları ölkənin təhlükəsizliyinə, “sistemə qarşı” fəaliyyətdə, ictimai asayişi pozmaqda ittiham edib.

Hökumət etirazçılara divan tutub. Osloda yerləşən İran İnsan Haqları təşkilatı azı 215 nəfərin, o cümlədən 27 uşağın öldürüldüyünü bildirir.

İran hakimiyyəti isə saxlananların, öldürülənlərin dəqiq sayını açıqlamayıb.

XS
SM
MD
LG