Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:01

İranda Xomeyninin evinə od vurulduğu xəbər verilir


Ruhulla Xomeyninin portreti qarşısından keçən qadınlar (Arxiv fotosu)
Ruhulla Xomeyninin portreti qarşısından keçən qadınlar (Arxiv fotosu)

Bu videoların çəkildiyi məkanı araşdıran ekspertlər söhbətin məhz Xomeyninin evindən getdiyini təsdiqləyiblər

Sosial media şəbəkələrində İran İslam Respublikasının banisi ayətüllah Ruhulla Xomeyninin ev-muzeyinin yandığını əks etdirən videolar yayılıb.

Reuters agentliyi fəallara istinadən bildirir ki, Xomeyn şəhərindəki evə etirazçılar od vurublar.

Agentliyin bu videoların çəkildiyi məkanı araşdıran ekspertləri söhbətin məhz Xomeyninin evindən getdiyini təsdiqləyiblər.

Lakin yarırəsmi Təsnim agentliyi evin yanması barədə xəbəri təkzib edib və bildirib ki, evin yaxılığında “az sayda” adamlar toplaşıb.

İranda mağaza, bazar və müəssisələr də etirazlara qoşuldu
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Xomeyn şəhəri

Sosial mediada yayılan videolarda onlarca adamın binanın yanmasını alqışladığı görünür.

Reuters müstəqil qaydada videoların nə vaxt çəkildiyini dəqiqləşdirə bilməyib, amma fəalların 1500Təsvir şəbəkəsi hadisənin noyabrın 17-də Xomeyninin doğulduğu Xomeyn şəhərində baş verdiyini xəbər verib.

Bu şəhər paytaxt Tehranın yaxınlığındadır. Xomeyninin doğulduğu ev sonradan onun muzeyinə çevrilib.

Xomeyni 1989-cu ildə vəfat edib.

Xomeyni küçəsindəki lövhələri qoparırlar

Onun varisi ayətüllah Əli Xameneyi hazırda ölkəni bürümüş etiraz aksiyalarının əsas hədəflərindən biridir.

Sentyabrın ortalarında gənc kürd qadın Məhsa Əmini polisdə öldükdən sonra başlanan etirazlarda tez-tez “Diktatora ölüm!”, “Rədd olsun Xameneyi!” şüarları səslənir.

Təsvir saytının yaydığı başqa videolarda Sistan-Bəlucistan ostanının Zahedan da daxil bir sıra şəhərlərində etiraz yürüşlərinin keçirildiyi görünür.

Zahedanda keçirilən mitinqdə “Xameneyiyə ölüm!” şüraları səsləndirilib.

Çabaharda isə adamların ayətüllah Xomeyni küçəsində onun adı yazılmış lövhələri qopardıqları və ayaq altına atıb tapdaladıqları görünür.

“Xameneyi, biz səni basdıracağıq”

Bu arada dövlət mediası ölkənin cənub-qərbindəki İze şəhərində 7 nəfərin dəfn mərasiminin keçirildiyini xəbər verir. Mərasimi hakimiyyət orqanları keçirib.

Xəbərdə deyilir ki, bunlar “terror aktı” nəticəsində həlak olanlardır.

Lakin sosial media videolarında 10 yaşlı Kiyan Pirfələk adlı oğlanın anası uşağının təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyini deyir.

Sosial mediada Pirfələkin dəfnində çəkildiyi iddia edilən videolarda etirazçıların xorla “Xameneyi, biz səni basdıracağıq” dedikləri eşidilir.

Reuters bu videoların həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyib.

İran İnqilab Keşikçiləri Korpusu terrorçu təşkilat hesab oluna bilər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Polis, xəfiyyə və Bəsic üzvlərinin öldürüldüyü xəbər verilir

Noyabrın 18-də Təsnim agentliyi bildirib ki, Məşhəd şəhərində keçirilən hökumətə dəstək nümayişində iki Bəsic üzvü öldürülüb.

Bəsic ifrat mühafizəkar ictimai polis dəstəsidir.

İnqilab Keşikçilərinin internet saytında dərc olunmuş xəbərdə isə noyabrın 17-də gecə etirazçılarla toqquşmalarda iki kəşfiyyat agentinin öldürüldüyü bildirilir.

Bu saytdakı başqa bir xəbərə görə isə Tehranda İnqilab Keşikçiləri Korpusunun və Bəsicin daha üç üzvü həlak olub.

Noyabrın 17-də Kürdüstan ostanında bir polsin öldürüldüyü xəbər verilir.

XS
SM
MD
LG