Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:22

İslam Partiyasının üzvünə 17 il həbs cəzası kəsildi


Bakıda İsrail səfirliyi önündə etiraz aksiyası. 2014
Bakıda İsrail səfirliyi önündə etiraz aksiyası. 2014

Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimova 17 il həbs cəzası kəsilib

Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimova 17 il həbs cəzası kəsilib.

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Səlimov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə daxil olan şəxslərin göstərişlərini yerinə yetirməkdə təqsirli bilinib.

İttihamlarla razı deyil

Ancaq özü bu ittihamlarla razılaşmır, pul müqabilində casusluq etməsi haqda ittiham aktında yazılanları da “nağıl” adlandırır.

Səlimov İrana getdiyini də, İsrail səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərdiyini də təsdiqləyir. Amma bunu İranın xüsusi xidmət orqanlarının tapşırığıyla etməsi ittihamıyla razılaşmır.

Onun sözlərinə görə, İrana əvvəl xırda ticarətlə məşğul olduğuna görə gedib-gəlib. 2011-ci ildə isə ürək əməliyyatı ilə əlaqədar gedib:

“İttihamda yazıblar ki, guya mən Vəli Cabbari ilə dəfələrlə görüşmüşəm. Guya mən və ailəm İranda olarkən xərclərimizi onlar çəkib. Belə olmayıb. Mən onu bir dəfə onda görmüşəm. Heç xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm”.

İsrailin bayrağını öz həyətində yandırıb

İsgəndər adlı iranlının göstərişilə Bakıda İsrail bayrağını yandırması məsələsinə gəlincə, Səlimov təsdiqləyib ki, səfirliyin qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin ona icazə verilməyib. Belə olan halda, aksiyanı öz həyətində keçirmək qərarına gəlib, öz həyətimdə ocaq qalayaraq, İsrailin bayrağını yandırıb.

Səlimov başqa ölkənin bayrağını öz həyətində yandırıb, bu görüntüləri İrana göndərməkdə məqsədi haqda suala cavabında deyib ki, xüsusi məqsədi olmayıb, bunu pul qarşılığında da eləməyib:

Sadəcə, öz hisslərimi ifadə eləmişəm. Neyləmişəmsə, inancıma görə eləmişəm...”

Səmədov və Əliyev də ittihamları qəbul etməyiblər.

XS
SM
MD
LG