Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:24

ABŞ və Aİ Rusiya neftinə 60 dollarlıq qiymət həddi qoydu


ABŞ və Avropa İttifaqı Rusiya neftinə ən yüksək qiymət həddi qoyulmasına dair razılığa gəliblər.

Bu razılaşamaya əsasən Rusiya nefti bir barrel üçün 60 dollardan baha qiymətə alına bilməz.

Bu barədə məlumatı Reuters agentliyinə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo verib.

Avropa diplomatlarından biri Reuters agentliyinə deyib ki, ən yüksək qiymət həddi vaxtaşırı dəyişdiriləcək.

Polşanın xüsusi mövqeyi

Razılaşamya əsasən Rusiya nefti bazar qiymətindən 5 faiz ucuzuna satıla və alına bilər.

Adeyemonun sözlərinə görə Avropa ölkələri Polşanın xüsusi mövqeyinə baxmayaraq Rusiya nefti üçün ən yüksək qiymət həddini müəyyən edəcəklər.

Polşa Rusiya neftinə qoyulan ən yüksək qiymət həddinin çox yüksək olduğunu bildirir.

Varşavanın mövqeyinə görə bu hədd 1 barrel üçün 30 dollardan yuxarı olmamalıdır.

Rusiya neftinə qoyulmuş embarqo dekabrın 5-dən qüvvəyə minməlidir.

İrandan Ermənistana qaçan qadınlar danışdı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Mexanizm necə işləyəcək?

ABŞ və Avropa İttifaqı tankerlə daşınan Rusiya neftinin alınmasından imtina ediblər, lakin indi faktiki olaraq başqa ölkələr də Rusiya neftini müəyyən edilmiş həddən baha qiymətə ala bilməyəcəklər, çünki tankerləri dünyanın ən böyük sığorta şirkətləri sığorta etməyəcəklər.

Eyni zamanda Rusiya neftinə ən yüksək həddin qoyulması bu neftin dünyanın ən böyük tanker donanmasına malik Yunanıstanın tankerləri ilə daşınmasını da mümkünsüz edəcək.

Ötən həftə Rusiyanın ən keyfiyyətli Urals neftinin qiyməti bir barrel üçün 55 dollar idi. Bu isə o deməkdir ki, Rusiya indiki qiymət həddinə baxmayaraq özünün tanker neftini məhdudiyyətsiz sata bilər.

Lakin ekspertlər bildirirlər ki, ən yüksək qiymət həddinin özü də vaxtaşırı korrektə ediləcək.

Rusiya bildirib ki, öz neftini ona sərf etməyən qiymətlərlə satmayacaq.

Amma burası da var ki, bazar qiymətindən azacıq aşağı qiymət şəraitində Rusiya tanker neftinin ən böyük alıcıları olan Çin və Hindistan da məhdudiyyətlərə riayət etməli olacaqlar.

XS
SM
MD
LG