Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:54

Britaniya insan haqlarını pozanlara sanksiyalar açıqlayıb


London
London

Böyük Britaniya bir neçə İran və Rusiya rəsmisi daxil olmaqla, 30 fərdə və quruma yeni sanksiya paketini elan edib. Sanksiyaya məruz qalanların dünyada fundamental azadlıqları boğduğu bildirilir.

9 dekabr – Beynəlxalq Antikorrupsiya Günü və İnsan Hüquqları Günündə qeyd olunur ki, siyahıya 18 nəfər insan haqları pozuntularına, altı nəfər münaqişə ilə bağlı cinsi zorakılıq, beş fərd isə ciddi korrupsiya və qanunsuz maliyyəyə görə salınıb.

Rusiyanın Krıma təyin etdiyi məmurlar

Sanksiyaya məruz qalanlar içində Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krıma təyin etdiyi məmurlar – Andrey TişeninArtur Şambazov, həmçinin Rusiyanın Krımla həmsərhəd Rostov vilayətindən Valentin Oparin Oleq Tkaçenko da var. Onlar məhbuslara işgəncə verməkdə, işgəncə ilə bağlı şikayətlərin qarşısını kəsməkdə ittiham olunur.

İranın ədliyyə və məhkəmə sistemlərinə bağlı altı məmur də siyahıya salınıb. Onlardan altısı etirazçıları ölüm hökmü daxil, ağıq cəzalarla mühakimə edən məhkəmələrə bağlıdır.

"Dünyada azad və açıq cəmiyyətlərin təbliği vəzifəmizdir", – Xarici İşlər naziri Ceyms Kleverli (James Cleverly) bəyanatında deyib.

11 ölkədən hədəflər

Ümumilikdə yeni sanksiyalar 11 ölkədən hədəfləri yeddi sanksiya rejimi üzrə əhatələyir. Fərdlərin aktivləri dondurulur, səyahət qadağası qoyulur, qurumlar isə aktivlərin dondurulması ilə üzləşirlər.

Korrupsiya siyahısına beş nəfər salınıb. Onların sırasında Serbiyadan silah alverçisi Slobodan Tesiç, Kosovodan etnik serb biznesmen Milan Radoyçiç, Kosovodan tikinti maqnatı Zvonko Veselinoviç var.

"Korrupsiya və oğurluqla ciblərini dolduran korrupsionerlər ətraf icmalara aşındırıcı təsir göstərirlər – demokratiyaya zərbə vurur, öz mənfəətləri üçün ölkəni vacib resurslardan məhrum edirlər", – bəyanatda vurğulanır.

"Nəticədə hər il qlobal ÜDM-nin 2 faizindən çoxu korrupsiyaya gedir", – bəyanatda deyilir.

XS
SM
MD
LG