Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:22

İranda ikili vətəndaşlığı olanları həbs edirlər


Şirazda etiraz məhbusları
Şirazda etiraz məhbusları

İran İslam Keşikçiləri Korpusu (İİKK) bildirib ki, ikili vətəndaşlar da daxil Britaniyaya bağlı 7 nəfər həbs olunub.

İİKK onların bir komanda şəklində İranda davam edən etirazları yönləndirməyə çalışdıqlarını iddia edib.

İnqilab keçikçilərinin dekabrın 25-də verdiyi açıqlamada iddia olunur ki, həbs olunmuş şəxslər İranın daxilində və xaricində “İngiltərədən birbaşa idarə olunan” komanda yaradıblar və məqsəd “İrandakı sistemin devrilməsi” olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənəani jurnalistin ikili vətəndaşlar barədə sualına cavab verərkən deyib:

"Bəzi ölkələr, xüsusilə də sizin adını çəkdiyiniz ölkə İrandakı son hadisələrdə qeyri-konstruktiv rol oynayıb. Onların tamamilə destruktiv rolu iğtişaşları qızışdırıb”.

Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, həbs edildikləri xəbər verilən ikili Britaniya-İran vətəndaşları barədə əlavə məlumatların əldə olunmasına çalışır.

40-dan çox əcnəbi

İran rəsmiləri ölkədə üç aydan çox müddətdə davam edən antihökumət etirazlarını xarici düşmənlərin qəsdi kimi qələmə verməyə çalışırlar.

İnsan haqları qrupları isə bildirirlər ki, hökumətin etirazlara divan tutması nəticəsində 62 uşaq da daxil 500 nəfərdən çox adam həlak olub.

Tehran İran vətəndaşlarının ikinci vətəndaşlığını tanımır və Qərb ölkələri onu bundan sui-istifadə edərək günahsız adamları həbs etməkdə ittiham edir.

Onlar bildirirlər ki, İranın məqsədi bu adamlardan məhbus mübadiləsində istifadə etməkdir.

İranın təhlükəsizlik qüvvələri indiyədək heç bir ittiham irəli sürmədən 40-dək əcnəbini saxlayıb.

İnternet fəallarına basqı

Bu arada İranda aparıcı texnoloqlardan və internet azadlığı uğrunda mübarizlərdən biri – Cadi Mirmirani sosial mediadakı postlarına görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Mirmirani bu barədə məlumatı öz Twitter hesabından video vasitəsilə yayıb və ümid etdiyini bildirib ki, onun apellyasiya şikayətinə müsbət baxılacaq.

Mirmirani həbsxanada olduğu müddətdə İranın dini rejiminə qarşı təbliğat ittihamı ilə cəzasının üstünə bir il də əlavə olunub.

Saxlanmasından iki ay sonra Mirmirani məhkəməyə qədər sərbəst buraxılıb.

İranda antihökumət etirazları başlayandan bəri hakimiyyət interneti demək olar bağlayıb.

İnternetin bağlanmasına etiraz edən daha 4 fəalın saxlandığı bildirilir.

Etirazların əsnasında bir sıra ictimai fiqurlar – o cümlədən idmançılar, kino ulduzları, vəkil və musiqiçilər saxlanıb.

XS
SM
MD
LG