Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:48

Araşdırma: Çində koronavirusdan hər gün 9 minədək ölən var


Pekin metrosunda
Pekin metrosunda

Çində ehtimal ki, koronavirus yoluxmasından hər gün 9 minədək insan dünyasını dəyişir.

Bunu Reuters agentliyi Britaniyanın Airfinity araşdırma şirkətinin tədqiqat nəticələrinə əsasən yazıb.

Airfinity-nin hesablamasına görə dekabrın 1-dək yoluxmadan ölənlərin sayı böyük bir ehtimalla 100 min nəfərə çatıb.

Hesabatda qeyd olunur ki, Çin hakimiyyət orqanları günə yalnız bir neçə min yoluxmanın qeydə alındığını bildirir.

7 dekabr tarixli rəsmi məlumata görə isə koronovirus yoluxmasından cəmi 7 ölüm hadisəsi baş verib.

Pik nöqtəsi

Airfinity təxmin edir ki, ölüm hallarının sayı pik nöqtəsinə yanvarın 23-də, günə 25 min ölüm rəqəmi ilə çatacaq. Eyni zamanda o vaxt dekabrdan bəri ölənlərin sayı 584 min nəfərə yüksələcək.

Şirkətin bu açıqlamasından sonra məlum olub ki, ABŞ beynəlxalq reyslərlə uçan təyyarələrdən götürülən çirkab sularının analizini keçirməyi götür-qoy edir.

Bu, COVID-19 virusunun hər hansı yeni ştammının aşkar edilməsinə imkan verməlidir.

Bundan əvvəl ABŞ və bir sıra başqa ölkələr Çindən gələn sərnişinlərdən COVID-19 testinin mənfi nəticəsini təsdiqləyən sənədin tələb ediləcəyini bildirmişdilər.

Xankəndi sakini: 'Mağazalarda yalnız çörək və spirtli içkilər qalıb, kartof da tapılmır'
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

İmmunitet qazanmağa macal tapmayıblar

Koronavirus yoluxmalarının yeni dalğası Çində, dekabrın əvvəllərində, karantin qaydaları yumşaldıldıqdan sonra başlayıb.

Çinlilər hökumətin koronavirus epidemiyası ilə bağlı sərt tədbirlərinə, onun “sıfır yoluxma” siyasətinə müqavimət göstərir və etiraz edirdilər.

Nəhayət etirazların təzyiqi qarşısında geri çəkilən hakimiyyət karantin qaydalarını yumşaltmağa məcbur olub.

Lokdaun qaydaları yumşaldılıb, ictimai iaşə obyektləri, mağazalar, kinoteatrlar və başqa ictimai müəssisələr açılıb.

Lakin karantin tədbirləri yumşaldıldıqdan az sonra COVID-19-a yoluxma halları kəskin artıb.

Epidemioloqların fikrincə xəstələrin tam təcrid olunması siyasətinə görə Çin əhalisinin əksəriyyətində xəstəliyə qarşı immunitet formalaşa bilməyib.

XS
SM
MD
LG