Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

Ermənistan deputatı Qarabağı Azərbaycanla dialoqa çağırır


Arsen Torosyan
Arsen Torosyan

Hazırda yaranmış böhranlı vəziyyətdə “Dağlıq Qarabağ hakimiyyəti” Laçın dəhlizinin bağlanmasına görə Azərbaycan hakimiyyəti ilə dialoq qurmağa cəhd göstərməlidir.

Bunu AzadlıqRadiosunun Erməni xidmətinin – Azatutyun telekanalına Ermənistan Milli Məclisinin hakim Vətəndaş müqaviləsi partiyasından millət vəkili Arsen Torosyan deyib:

“Biz bilirik ki, uğursuz cəhdlər olub. Amma vəziyyətin kəskinliyini və yolverilməz fəlakətə aparan humanitar böhranı nəzərə alsaq, bu dialoq Qarabağın və bizim hamımızın marağındadır”.

Xankəndi sakini: 'Mağazalarda yalnız çörək və spirtli içkilər qalıb, kartof da tapılmır'
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Aparıcının “Azərbaycan “Dağlıq Qarabağın dövlət naziri” Ruben Vardanyanla danışıq aparmaq niyyətində deyil” replikasına cavab olaraq Arsen Torosyan deyib ki, Qarabağda “azad və ədalətli seçki ilə seçilmiş hakimiyyət var və bu seçkini hələki heç kəs ləğv etməyib” cavabını verib:

“Mən düşünmürəm ki, təyin olunmuş məmurlar seçkili hakimiyyətin addımlarına mane ola bilər. Və ümumiyyətlə, adamların tələbləri adətən təyin edilmiş şəxslərdən yox, seçkili hakimiyyətlərdən gəlir. Ona görə ki, təyin olunanlar dəyişə bilər. Mən hesab edirəm ki, həm Qarabağ hakimiyyəti və xalqın özü öz hakimiyyətini bu dialoqu, dalana salmağa, ondan imtina etməyə (bunlar da pis nəticələrə səbəb ola bilər) yox, qurmağa çağırmalıdır”.

Paşinyan: 'Rusiya Qarabağda sabitliyi təmin edə bilmirsə, BMT-dən mandat istəməlidir'
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG