Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:59

Skandinaviya jurnalistləri Rusiyaya görə beynəlxalq təşkilatdan çıxdılar


Rusiyanın əsas ideoloji təbliğatçılarından biri olan Vladimir Solovey
Rusiyanın əsas ideoloji təbliğatçılarından biri olan Vladimir Solovey

Finlandiya, Danimarka, Norveç və İslandiya jurnalistlər ittifaqları Beynəlxalq Jurnalistlər Federasiyasını (IFJ) tərk etmək barədə qərar qəbul ediblər.

Reuters agentliyinin xəbərinə görə onlar təşkilatın rəhbərliyini korrupsiyada ittiham edirlər.

Bu addımın başqa bir səbəbi kimi IFJ-nin Rusiya Jurnalistlər İttifaqının üzvlərini öz sıralarından çıxarmaması göstərilir.

Skandinaviya ölkələrinin jurnalist təşkilatları bu qənaətdədirlər ki, IFJ Rusiya dövlət mediası jurnalistlərinin Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsi ilə bağlı belə bir addımı çoxdan atmalı idi.

Finlandiya Jurnalistlər İttifaqının başçısı Hanno Aho deyib ki, federasiya bunu çox asanlıqla edə bilərdi, amma indiyədək etməyib.

Solovyovun təkzibi

Reuters yazır ki, IFJ korrupsiyaya dair ittihamları rədd edib.

Təşkilat habelə bildirib ki, onun icraiyyə komitəsi Rusiya Jurnalistlər İttifaqının IFJ-dən rəsmən çıxarılması prosesinə başlayıb.

Buna görə IFJ Skandinaviya jurnalist ittifaqlarını “yalan və böhtanda” ittiham edib.

Mənzil-qərargahı Brüsseldə yerləşən IFJ dünyanın ən böyük peşəkar jurnalist təşkilatıdır.

Rusiyanın bəzi mediaları yanvarın 31-də Rusiyanın IFJ-dən çıxarılması barədə xəbər yaymışdılar.

Lakin Rusiya Jurnalistlər İttifaqının sədri və Rusiyanın əsas ideoloji təbliğatçılarından biri olan Vladimir Solovey bu xəbəri təkzib etmişdi.

XS
SM
MD
LG