Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:38

Sorğu: Amerikalıların Ukraynaya rəğbəti azalmır


Vaşinqtonda Ukraynaya dəstək aksiyası (Arxiv fotosu)
Vaşinqtonda Ukraynaya dəstək aksiyası (Arxiv fotosu)

Ukraynada müharibənin birinci ildönümünün yaxınlaşdığı bir vaxtda Gallup sorğusunun nəticələri sadə amerikalıların Ukraynaya hüsn-rəğbətinin sabit qaldığını göstərib.

Fevralın 6-da açıqlanmış nəticələrə görə amerikalıların 65 faizi hətta müharibə uzansa belə, Kiyevə dəstəyin Ukrayna öz ərazilərini geri alanadək davam etməsini istəyir.

Rəyi soruşulanların 31 faizi bildirib ki, onlar Rusiyanın işğal etdiyi ərazilərin Moskvanın nəzarətində qalması hesabına da olsa, ABŞ-ın bu müharibənin mümkün qədər tez bitməsi istiqamətində işləməsini arzu edirlər.

Gallup-ın internet üzərindən keçirdiyi rəy sorğusu 3-22 yanvar tarixlərini əhatə edir.

Xəbər verilir ki, məhz bu sorğunun nəticələri elan ediləndən dərhal sonra prezident Co Bayden Ukraynaya 31 Abrams tankının verilməsi barədə qərarını bəyan edib.

Partiyalı yanaşma

Bayden administrasiyası Ukraynaya dəstəyi öz xarici siyasətinin məhək daşına çevirib.

Görünür Ukraynaya rəğbətin partiyadan partiyaya fərqlənməsinin səbəbi də elə budur.

Sorğuda demokratların Ukraynaya rəğbətinin respublikaçılarla müqayisədə xeyli çox olduğu məlum olub.

Buna baxmayaraq hər iki partiyanın üzvləri və partiyasızların əksəriyyəti Ukraynaya ABŞ dəstəyinin davam etməsinə tərəfdardır.

Rəyi soruşulan respublikaçıların 53, partiyasızların 59, demokratların isə 82 faizi ABŞ-ın Kiyevə dəstəyinin lap müharibə uzansa belə Ukraynanın bütün torpaqlarını azad edənədək davam etməsini istəyir.

Respublikaçıların 41, müstəqillərin 38, demokratların isə 16 faizi Ukraynanın torpaq itirməsi bahasına olsa belə müharibənin mümkün qədər tez qurtarmasını arzulayır.

Amerikalıların əksəriyyəti (39 faiz) bildirib ki, ABŞ bu müharibədə Ukraynaya lazımınca dəstək verir.

Respondentlərin 30 faizi bu dəstəyin kafi olmadığına, 28 faizi isə qədərindən artıq olduğuna inanır.

Ukraynaya Krımı vura bilən yeni silah verilə bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Çoxluq Ukraynaya dəstək tərəfdarıdır

Respublikaçı respondentlərin 47 faizi ABŞ-ın Ukraynaya lazım olduğundan artıq kömək etdiyi qənaətindədir. Demokratların isə 48 faizi bu yardımın lazımınca olduğunu düşünür.

Demokratların 41 faizi ABŞ yardımın kifayət qədər olmadığını bildirib.

Respublikaçı liderlər ABŞ-ın Rusiya ilə birbaşa münaqişəyə girə biləcəyindən narahatdırlar. Onlar habelə Ukraynaya hesabatsız və qeydiyyatsız maliyyə dəstəyinin göstərilməsinə qarşıdırlar.

Beləliklə, Ukraynada müharibənin ikinci ili ərəfəsində əksər amerikalıların Ukraynaya rəğbəti sabit qalıb.

Partiya nümayəndələri arasında bu köməyin qədəri və tərzinə dair fikir ayrılıqları olsa da, ümumi çoxluq Kiyevə yardımın Ukraynanın öz ərazilərini geri alanadək davam etməsinə tərəfdardır.

Başqa sözlərlə Rusiyaya sülh naminə torpaq verilməsini istəyənlər azlıq təşkil etməkdə davam edir.

XS
SM
MD
LG