Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:02

Baxmutda döyüşlərin getdiyi deyilir


Zaporojye AES
Zaporojye AES

"Ukrenerho" şirkəti mayın 22-də bildirib ki, qısa kəsintidən sonra Zaporojye AES-in xaricdən elektrik təchizatı bərpa olunub.

+++

Avropanın ən böyük atom stansiyasına gedən yüksək gərginlikli ötürücü xəttin Rusiya tərəfindən bombalanması nəticəsində Zaporojye Atom Elektrik Stansiyası (AES) işıqsız qalıb. Rusiya gecə boyu Dnepropetrovsk vilayətinə raket və dron hücumlarını da davam etdirib.

Elektrik stansiyasının ukraynalı operatoru Enerhoatom mayın 22-də bildirib ki, stansiyanı Dnepropetrovsk vilayətindən enerji ilə təmin edən sonuncu xətdən söhbət gedir. Rusiyanın işğalı başlayandan bu yana, yeddinci dəfədir ki, AES xarici enerji olmadan işləyir.

7-ci kəsinti

“Dizel generatorları xarici enerji itkisindən sonra avtomatik işə düşüb. Bu, soyuducu nasosların işləməsi üçün həyati əhəmiyyət kəsb edir. Generatorların 10 günlük yanacağı var. Əgər bu müddət ərzində elektrik enerjisi bərpa olunmazsa, dünya miqyasında radiasiya fəsadları olan qəza riski yarana bilər”, – Enerhoatom əlavə edib.

Kremlin 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalına başlayandan Rusiya qüvvələrinin elektrik stansiyasında nəzarəti ələ keçirməsi, obyekt ətrafındakı vəziyyətlə bağlı narahatlıqlara səbəb olub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi (Rafael Grossi) Tvitter-də yazıb: “Stansiya bu səhər münaqişə zamanı 7-ci dəfə bütün xaricdən gələn elektrik enerjisini itirdi və enerji üçün təcili dizel generatorları işə düşdü. AES-da nüvə təhlükəsizliyi son dərəcə zəifdir. Biz stansiyanı qorumaqla bağlı razılığa gəlməliyik. Vəziyyət bu cür davam edə bilməz”.

Hava zərbələri

Rusiya qoşunları mayın 22-nə keçən gecə və səhər saatlarında Dnepropetrovsk vilayətinə 16 raket və İran istehsalı olan 20 kamikadze dronu atıb. Hücum nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib. Məlumatı Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri yayıb.

Bundan əvvəl Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Rusiyanın aviazərbələrinin bölgədə dağıntılara səbəb olduğunu və çoxlu sayda insanın yaralandığını bildirmişdi. O, 15 pilotsuz təyyarə və 4 qanadlı raketin Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu deyib.

Zaporojyeyə təyin olunmuş Rusiya rəsmisi Vladimir Roqov bildirib ki, Ukrayna nəzarətində olan elektrik xəttini kəsəndən sonra atom elektrik stansiyasının xaricdən enerji təchizatı “tamamilə” kəsilib.

Baxmutda döyüşlərin getdiyi deyilir

Ukrayna ordusu mayın 22-də yaydığı bəyanatda şərqi Baxmut şəhərinə nəzarət üçün şiddətli qarşıdurmaların ötən gün də davam etdiyini açıqlayıb. Rusiya isə müharibənin episentri olan şəhərin öz əsgərləri tərəfindən tutulduğunu iddia edib.

Ukrayna ordusunun Baş Qərargahı gündəlik bülletendə qeyd edir ki, Ukraynanın şərqindəki əsas döyüş əməliyyatları Donetsk bölgəsindəki Baxmut-Avdiyivka-Maryinka cəbhə xəttində cəmləşib. Ukrayna qüvvələrinin son 24 saat ərzində Rusiyanın 37 hücumunu dəf etdiyi vurğulanır. Ukraynadakı hərbi və mülki obyektlərə isə 52 raket və hava zərbəsi endirilib.

Rusiya həftə sonu Baxmuta nəzarəti ələ keçirdiyini iddia etsə də, prezident Volodimir Zelenski və ukraynalı komandirlər bu bəyanatı mübahisələndirib, Baxmutda döyüşlərin hələ də davam etdiyini bildiriblər. Ukraynalı komandirlər və ölkənin quru qoşunlarının komandanı məsələnin hələ də mübahisəli olduğunu və onun qüvvələrinin Baxmutu şəhərətrafı ərazilərdən mühasirəyə aldığını dedi.

Zelenski əlavə hərbi yardım məsələsini müzakirə etmək üçün mayın 21-də Yaponiyanın Xirosima şəhərində keçirilən Yeddilik Qrupunun Sammitində (G7) iştirak edib. Zelenski sammitdə jurnalistlərin Rusiyanın şəhərə nəzarət edib-etməməsi ilə bağlı sualına “yox” cavabını verib.

Bu ziddiyyətli xəbərlər, Ukraynanın şimal-şərqdə Luqansk vilayətindən Xerson yaxınlığındakı Dnepr çayının mənsəbinə qədər uzanan 1000 kilometrdən çox cəbhə xətti boyunca bir və ya bir neçə məntəqədə gözlənilən genişmiqyaslı əks-hücuma hazırlaşdığı vaxta təsadüf edir.

XS
SM
MD
LG