Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:03

Britaniya ordusunun komandanı: Rusiya döyüş potensialının yarısını itirib


Britaniya ordusunun komandanı admiral Entoni Radakin
Britaniya ordusunun komandanı admiral Entoni Radakin

Britaniya ordusunun komandanı admiral Entoni Radakin hesab edir ki, Rusiya Ukrayna müharibəsində döyüş potensialının yarısını itirib.

Financial Times yazır ki, admiral bunu parlament dinləməsi zamanı bildirib.

O habelə hesab etdiyini deyib ki, Ukrayna ordusunun əks-hücumu hələ qabaqdadır.

Radakinin məlumatına görə Rusiya Ukraynada indiyədək 2500 tank itirib və 10 milyon mərmidən istifadə edib, halbuki Rusiyanın hərbi sənayesi ilə bir milyon mərmidən və 200 tankdan çox istehsal edə bilmir.

Admiral da etiraf edib ki, Ukraynanın əks-hücumu ləng gedir. Onun fikrincə Ukrayna Silahlı Qüvvələrinin əsas məqsədi düşməni yorub əldən salmaq və cəbhə xəttini mümkün qədər uzatmaqdır:

"Məsələ burasındadır ki, cəbhə xəttinin min kilometrdən uzun olması Ukrayna yox, məhz Rusiya qüvvələri üçün problemdir”.

Radakin hesab edir ki, Ukrayna ordusunun hazırda qarşısında duran ən böyük problem rusiyalıların yaratdığı sıx mina sahələri və havadan dəstəyinin olmamasıdır.

O deyib ki, Ukrayna Qərb partnyorlarından istədiyi silahların hamısını hələ ala bilməyib.

Komandan əmindir ki, hazırda Rusiya ordusunun böyük hücum əməliyyatı üçün gücü yoxdur.

Rusiya bir sutkada iki rota itirib

Bu arada Ukrayna Silahlı Qüvvələri (USQ) bildirib ki, Rusiya bir sutka ərzində iki rota əsgər itirib.

USQ-nin Tavriya əməliyyat-strateji qruplaşmasının komandanı Aleksandr Tarnavski iyulun 5-də deyib ki, Ukrayna hərbçiləri düşməni “sistemli şəkildə mövqelərindən vurub çıxarır”.

Onun sözlərinə görə Ukrayna artilleriya qüvvələri son bir sutka ərazində 1541 döyüş tapşırığını yerinə yetirib, düşmən 2 rotadan çox əsgər itirib.

Tarnavskinin məlumatına görə USQ düşmənin 9 sursat anbarını və 25 ədəd hərbi texnikasını məhv edib.

Bu məlumatları müstəqil qaydada təsdiqləmək çətindir.

Saakaşvili tanınmaz halda: Hökumət eks-prezidentin ailəsini ittiham edir
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

“Hollivud filmi deyil”

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, Ukrayna ordusunun hücumu “Hollivud filmi deyil”, çünki söhbət insan həyatından gedir.

Ukrayna ordusunun komandanı Valeri Zalujnı isə demişdi ki, Qərbdə bəzilərinin Ukraynanın hücumlarının ləng olması barədə iradları onu əsəbiləşdirir.

O əlavə etmişdi ki, hər qarış torpaq Ukrayna əsgərinin qanı ilə azad olunur.

ABŞ qərargah rəisləri birləşmiş komitəsinin başçısı general Mark Milli demişdi ki, “Ukrayna silahlı qüvvələri ardıcıl olaraq irəliləyir, amma hücum çox uzun və qanlı olacaq”.

Ukrayna ordusu Baxmut istiqamətində irəliləyir

USQ Baş Qərargahının sözçüsü Andrey Kovalyov deyib ki, Ukrayna qoşunları Baxmut şəhərindən şimalda və cənubda düşmən qüvvələrinə təzyiq göstərərək onları mövqelərindən çıxarır.

Sözçü bildirib ki, “Kleşşiyevka rayonunda qismən uğur əldə edilib, Ukrayna qüvvələri ələ keçirilmiş hüdudlarda mövqelərini möhkəmləndirir”. Kovalyov deyib ki, düşmən güclü müqavimət göstərir və ağır döyüşlər gedir.

Bu da xəbər verilir ki, Ukrayna qüvvələri Liman, Avdiyevka və Maryinsk istiqamətlərində düşmənin hücumlarını dəf edir.

Ukrayna quru qüvvələrinin komandanı Aleksandr Sırski iyulun 3-də ABC News kanalına müsahibəsində demişdi ki, Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərini rusiyalıların əlindən ala bilər.

USQ Baş Qərargahı bildirir ki, son sutkalarda Rusiya qüvvələri Ukrayna qoşunlarının mövqelərinə və mülki obyektlərə 35 hava və 50 artilleriya zərbəsi endirib.

“Çətin həftədən” sonra

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar da bildirib ki, rusiyalıların qızğın müqavimətinə baxmayaraq Baxmut şəhəri ətrafında irəliləyiş davam edir. Rusiya qüvvələri Baxmutu 10 aylıq hücumlardan sonra may ayında işğal etmişdi.

Ukrayna Milli Təhlükəsizlik Şurasının başçısı Andrey Danilov deyib ki, Ukrayna qüvvələri “çətin həftədən” sonra irəliləməkdə davam edir:

"Fəal hərbi əməliyyatların bu mərhələsində Ukrayna Müdafiə Qüvvələri bir nömrəli vəzifəni – düşmənin canlı qüvvəsi, hərbi texnikası, yanacaq anbarları, komanda postları, artilleriyası və hava hücumundan müdafiə qüvvələrinə maksimum ziyan vurulması vəzifəsini yerinə yetirir”.

Tavriya hərbi komandanlığının sözçüsü Valeri Şerşen deyib ki, Ukrayna qüvvələri Berdyansk istiqamətində 2 kilometr irəliləyə bilib.

XS
SM
MD
LG