Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:37

Washington Post: ABŞ Qırğızıstana sanksiyalar qoymağa hazırlaşır


Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov
Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov

ABŞ hakimiyyət orqanları Rusiyaya Qərb sanksiyalarından yayınmaqda kömək etdiyinə görə Qırğızıstan üzərinə sanksiyalar qoymağa hazırlaşır.

Bu barədə məlumatı ABŞ prezidenti administrasiyasının məmurlarına istinadla The Washington Post qəzeti verib.

Qəzetin mənbələrinin məlumatına görə Qırğızıstana sanksiyalar artıq bu ay qoyula bilər.

WP açıq sənədlərə istinadla yazır ki, bu il Qırğızıstandan Rusiyaya ixracın həcmi 2022-ci illə müqayisədə 250 faiz artıb.

Sənədlər habelə göstərir ki, Qırğızıstan şirkətləri Çin və Cənubi Koreya şirkətlərindən həm də hərbi sənayedə istifadə olunan yarımkeçiricilər və gərginlik tənzimləyiciləri də daxil elektron malları alaraq sonradan Rusiyaya satır.

Məqalədə deyilir ki, sanksiyalardan yan keçən belə təchizat sxemləri Rusiya xüsusi xidmətlərinin iştirakı ilə həyata keçirilir.

Bişkek etiraf və izah edir

Qəzet bildirir ki, Qırğızıstanın Vaşinqtondakı səfirliyi vəziyyəti şərh edərkən Bişkekin beynəlxalq normalara əməl etdiyini, qaçaqmalçılığın və qanunsuz ticarətin başqa növlərinin qarşısını aldığını bildirib.

Səfirliyin bildirdiyinə görə Qırğızıstandan Rusiyaya ixracın kəskin artım rəqəmlərinə səbəb yüklərin izlənməsi üçün daha mükəmməl yeni elektron sistemlərin tətbiqi ola bilər.

Səfirlik sanksiyaların pozulması hallarının olduğunu etiraf edib, amma tənqidçiləri “məsələnin real iqtisadi kontekstini” nəzərə almağa çağırıb:

"Qırğızıstan və Rusiya Avrasiya İqtisadi İttifaqının üzvləridirlər və bütövlükdə Rusiya bizim əsas ticarət partnyorlarımızdan biridir. Bizim milyondan çox vətəndaşımız Rusiyada işləyir”.

Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə ittiham olunan Qırğızıstan ticarət naziri Serik Jumanqarin Rusiyaya hərbi məqsədlərlə istifadə oluna biləcək ikili təyinatlı malların göndərildiyini etiraf etmişdi.

Onun sözlərinə görə ölkə “bunun üzərində işləyir” və Rusiyaya belə malları daşıyan şirkətlər üzərinə nəzarət gücləndirilib, xüsusi elektron fakturalar tətbiq olunur.

Bundan əvvəl AzadlıqRadiosu yazmışdı ki, Qərbin bütün səylərinə baxmayaraq Qırğızıstan və Qazaxıstan şirkətləri Kremllə bağlı qurumları ikili təyinatlı mallarla təchiz edirlər.

XS
SM
MD
LG