Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:32

İranın dövlət agentliyinə 'yaşıl işığ'ın səbəbi...


arxiv foto
arxiv foto

İlham Əliyev İran jurnalstinin sualına cavablandırarkən ümid etdiyini bildirmişdi ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. Bu barədə iyulun 21-də Şuşa Qlobal Media Forumunda məlumat verilib.

Onda Azərbaycan Prezidenti İlham Əliyev İran jurnalstinin sualına cavablandırarkən ümid etdiyini bildirmişdi ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək:

"Çünki məsuliyyətli KİV kimi sözsüz ki, qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər. Düşünürəm ki, ən yaxşı üsul İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır..."

Maraqlıdır ki, Azərbaycanda bəzi Qərb informasiya agentliklərinin fəaliyyətinə imkan verilmədiyi bildirildiyi halda İRNA Agentliyinə “yaşıl işıq” yandırılır.

Halbuki, son illər yaxın aylara qədər Azərbaycan və İran rəsmiləri arasında bir-birlərinin ölkələrinə qarşı dəfələrlə qarşılıqlı iddialar səslənmişdi. Üstəlik, Azərbaycan rəsmiləri dəfələrlə ayrı-ayrı xarici kütləvi informasiya vasitələrinin ölkələrində fəliyyət göstərə bilməsi üçün dövlətlər arası sazişin vacibliyindən bəhs ediblər.

Mövzu ilə bağlı İRNA Agentliyinin təmsilçiləri və Azərbaycan rəsmiləri ilə ayrılıqda danışmaq mümkün olmayıb.

"Cənab prezident də ona çox “ostraumnı” cavab verdi"

Amma Azərbaycan Milli Məclisinin üzvü, jurnalist Aqil Abbas bu barədə suala cavab verərkən deyib ki, o da, İranla münasibətlərin yaxşılaşmasının tərəfdarıdır:


“Cənab prezident də ona çox “ostraumnı” cavab verdi. Amma indi icazə verir ki, gəlin müxbir postunuzu qurun.

“Azərbaycanda Rusiyanın, Gürcüstanın da müxbir postları var”.

Aqil Abbas qərb KİV-lərinin sıxışdırılması barədə deyilənləri bölüşmür.

Aqil Abbas
Aqil Abbas

"Avtoritar sistemlər belə işləyirlər"

“Turan”İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də mövzu ilə bağlı Azadlıq Radiosuna danışarkən deyib ki, “İRNA” və “Azərtac” informasiya resursları dövlət agentlikləri olduqlarından onlar dövlətlərarası saziş əsasında fəaliyyət göstərirlər.

Onun fikrincə, belə agentliklər daha çox qarşılıqlı təbliğata üstünlük verirlər:

“Avtoritar sistemlər belə işləyirlər. Amma bir çox xarici agentliklər fərqlidir, məsələn, “Reuters”, bu mətbuat orqanının 90-cı illərdə bürosu vardı, çünki o vaxt azad bazar yeni-yeni formalaşdırdı...Həmin illərdə internet yox idi”

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev deyir ki, Azərbaycanda nə azad bazar, nə də valyuta birjası olduğundan hansısa media sərbəst işləyib xəbər yaya bilir:

“Yəni Azərbaycan dünya bazarının tərkib hissəsi olmadığından ciddi xarici KİV-lər burda büro açmaqda maraqlı deyillər. Fəaliyyətlərini fərqli qururlar, bir nəfərlə müqavilə imzalayırlar, o da gərəkli xəbərləri hazırlayıb göndərir, həftədə bir-iki dəfə olsa, böyük şeydir, o da hadisələrdən asılıdır. Ona görə Azərbaycanda təmsil olunan xarici agentliklərin hamısı dövlət üçün işləyənlər, dövlət maraqlarını təmin edənlərdir”.
XS
SM
MD
LG