Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:59

Ukrayna deyir ki, Rusiyaya qarşı sanksiyalar yumşalsa, bu, 'qida şantajı'nın qələbəsi olacaq


Ukrayna bildirir ki, “taxıl sazişi”nin bərpası müqabilində Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılmasına qarşıdırlar.

Bunu AzadlıqRadiosunun Ukrayna xidməti yazır. Xəbərə görə, Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, sazişin bərpası üçün Rusiyaya qarşı sanksiyaların bir hissəsinin yumşaldılması Rusiyanın ərzaq şantajının qələbəsi və Moskvanı yeni şantaj dalğalarına dəvət olacaq.

“Beynəlxalq birlik Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi üzərində işləməli, onun cəzasızlıq hissini artırmamalı və güzəştlər verməklə yeni təcavüzə rəvac verməməlidir”, - Xarici İşlər Nazirliyi bildirib.

Putin nə istəyib?

Sentyabrın 4- də Soçidə Soçidə Türkiyə prezidenti b Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin görüşüb.

Görüşdə Rusiyanın "Qara dəniz taxıl təşəbbüsü"nə qayıtmasının müzakirə edilib. Görüşdə Putin deyib ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılandan sonra sazişə qayıtma məsələsini nəzərdən keçirilə bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

"Qara dəniz taxıl təşəbbüsü"

Qara dəniz taxıl razılaşması barədə saziş ilk dəfə 2022-ci ilin iyulunda imzalanıb. Bu dördtərəfli razılaşmanı BMT, Türkiyə, Ukrayna və Rusiya imzalayıblar.

Razılaşma Rusiya və Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı mallarının maneəsiz ixracını nəzərdə tutur.

Lakin, bu ilin iyulunda Rusiya Ukrayna taxılının Qara dəniz limanlarından ixracına şərait yaradan bu sazişdən çıxıb. Bunu öz ərzaq və gübrə ixracının ciddi maneələrlə üzləşməsi ilə əsaslandırıb.

Ərdoğanın da vasitəçilik etdiyi saziş ötən yaydan bəri Ukraynadan taxıl ixracının davam etməsinə səbəb olub.

Böyük taxıl istehsalçısı olan Ukrayna 2022-ci ilin yayından bəri dəniz vasitəsilə 33 milyon tona yaxın taxıl və digər kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bu da qlobal təchizat zəncirini təmin edib.

XS
SM
MD
LG