Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:42

Rusiyada hərbi hissədə böyük yanğın olub


Rusiyada Volqoqrad vilayətinin hakimiyyət orqanları noyabrın 16-a keçən gecə Kotluban qəsəbəsi yaxınlığındakı hərbi hissələrdən birində yanğın baş verdiyini bildirib.

Region administrasiyasının teleqram kanalında deyilir ki, yanğın lokallaşdırılıb və söndürülüb. Hazırda yanğının səbəbləri araşdırlır.

ASTRA teleqram kanalının mənbələri iddia edirlər ki, Kotlubandakı hərbi hissənin ərazisinə dronla hücum edilib.

Nəticədə ərazidəki kiçik çaplı atıcı silahlar üçün sursat anbarı yanıb. 250 mülki şəxs və üç uşaq da daxil 630 nəfər təxliyə edilib. İlkin məlumata görə xəsarət alan olmayıb.

İri sursat anbarı

ASTRA teleqram kanalı yazır ki, Volqoqraddakı hərbi hissəyə dron hücumu gecə saat 1-də olub. Dronun partladığı xəbər verilir.

Açıq mənbələrdəki məlumatlara görə, sözü gedən hərbi hissə iri sursat anbarıdır.

Xəbərdə deyilir ki, dronun partlaması nəticəsində ərazidəki 59 nömrəli anbarda yanğın baş verib.

Baza teleqram kanalı yazır ki, yerli sakinlər hərbi hissədəki yanğından əvvəl dron səsinə oxşayan səs eşidiblər. Partlayış və yanğın bundan sonra baş verib.

V1.RU Novosti Volqoqrada teleqram kanalı bildirir ki, Kotlubandakı hərbi hissədə xidmət edən hərbçilərin ailələrində həyəcan yaşanıb.

Onlar yanğından sonra hərbi hissədəki doğmalarına zəng edə bilmədiklərini deyirdilər.

XS
SM
MD
LG