Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:07

ABŞ və Ukrayna səfirliklərinə bomba göndərilməsinə görə 74 yaşlı şəxsə 18 il iş kəsilib


Pompeo Qonsales Paskual
Pompeo Qonsales Paskual

İspaniya Ali Məhkəməsi 2022-ci ildə Ukrayna və ABŞ səfirliklərinə bomba bağlamaları göndərilməsi işi üzrə 74 yaşlı keçmiş dövlət qulluqçusu Pompeo Qonsales Paskuala 18 il iş kəsib.

Reuters və El Pais qəzetinin məlumatına görə Paskual terrorizmə görə 10 il, bomba hazırlanmasına görə daha 8 il azadlqıdan məhrum edilib.

Paskual bundan başqa Ukrayna səfirliyində bağlamanı açarkən yaralanmış Nikolay Veliçkoya 1500 avro təzminat ödəməlidir.

Prokuror müttəhimin 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Reuters məhkəmə qərarına əsasən yazır ki, Paskual öz hərəkəti ilə “İspaniya cəmiyyətində həyəcan yaratmaq” istəyib. O belə hesab edib ki, İspaniya və ABŞ hökumətləri cəmiyyətin təzyiqi altında Ukraynaya Rusiya ilə müharibədə dəstək verilməsini azaldar.

“Rus dilini 10 günə necə öyrənməli?”

2022-ci ilin noyabr və dekabrında İspaniyada içərisində partlayıcı olan 6 bağlama göndərilmişdi.

Bu bağlamaları İspaniya baş nazirinin iqamətgahında, Ukrayna və ABŞ səfirliklərində, habelə İspaniya Müdafiə Nazirliyində almışdılar.

Bağlamalarla əlaqədar yeganə xəsarət alan şəxs Ukrayna səfirliyinin əməkdaşı olub.

2023-cü ilin yanvarında bağlamaların göndərilməsində şübhəli bilinən Pompeo Qonsales Paskual həbs edilib.

İspaniya prokurorluğu qeyd edirdi ki, həmin şəxsin telefonunda Telegram, RT Noticias və Sputnikin tətbiqləri aşkar edilib.

O habelə internetdə “rus dilini 10 günə necə öyrənməli”, “İspaniyada tanklar harada istehsal olunur” və “Ukrayna müharibəsinin son videoları” kimi axtarışlar aparıb.

Heyvan gözləri

Bundan əvvəl The New York Times yazırdı ki, bağlamaların göndərilməsinin arxasında “Rusiya imperiya hərəkatı” adlı qrup və onu idarə edən Rusiya Baş Kəşfiyyat İdarəsi dayanır.

Müstəntiqlər israr edirdilər ki, qrupun nüfuzlu üzvləri İspaniyada olublar və polis onların İspaniya ifrat solçuları ilə görüşlərini izləyib.

Ukraynanın Madriddəki səfirliyində bağlamanın partlamasından sonra, Ukraynanın müxtəlif ölkələrdəki səfirliklərinə heyvan gözləri göndərilib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba demişdi ki, bu, Ukrayna səfirlik və konsulluqlarının qorxudulması üçün “yaxşı planlaşdırılmış kampaniyadır”.

XS
SM
MD
LG