Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:15

Livan bildirir ki, İsrailin Livana hava zərbələri nəticəsində azı 492 nəfər həlak olub


İsrail sentyabrın 23-də Livanda ABŞ və bir sıra başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan Hizbullah hədəflərinə hava zərbələri endiriib.

Yerli səhiyyə orqanları hava zərbələri nəticəsində 35-i uşaqlar olmaqla azı 492 nəfərin həlak olduğunu xəbər verirlər.

Livan Səhiyyə Nazirliyinin məlumatında bu da vurğulanır ki, 1645 nəfər yaralanıb.

İsrail və Livan arasındakı sərhəd üzərindən qarşılıqlı raket zərbələrindən sonra İsrail əhalini Hizbullahın silah yığdığı yerlərdən təxliyə olunmağa çağırmışdı.

İsrail Qəzzada ABŞ və bir sıra başqa ölkələr tərəfindən terrorçu kimi tanınan HƏMAS-a qarşı bir ildir davam edən hücumundan sonra dıqqətini özünün şimal sərhədlərinə yönəldib.

Reuters xəbər verir ki, Hizbullah HƏMAS-a dəstək üçün İsrailə raket zərbələrini məhz buradan endirir.

İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, məqsəd ölkənin şimalından didərgin düşmüş israilliləri evlərinə qayrtarmaqdır. Onun sözlərinə görə İsrailin hava zərbələri bu məqsəd əldə olununcaya qədər davam edəcək.

Nazirin çıxışından az əvvəl İsrail hərbiyyəsi İran tərəfindən dəstəklənən Hizbullahın Livanın cənubundakı mövqelərini hədəfləmişdi.

İsrail bildirir ki, məqsəd ölkənin cənubundan qaçmış əhalinin evlərinə qaytarılmasıdır

Livanın Səhiyyə Nazirliyi zərbələr nəticəsində azı 100 nəfərin həlak olduğunu və 400 nəfərin yaralandığını xəbər verib.

İsrail ordusunun sözçüsü Aviçay Adrae X platformasında yazıb ki, gün ərzində 300-dək Hizbullah hədəfi vurulub. Onun sözlərinə görə bu hədəflərin arasında Hizbullahın silah gizlətdiyi çox sayda yerlər var idi.

Hizbullah bildirir ki, zərbələrə cavab olaraq İsrailin hərbi bazaları vurulub.

Reuters yazır ki, hazırda daha bir hücum dalğası gözlənilir. İsrailin hərbi hava qüvvələri Livanın Bekaa vadisində Hizbullahın silah saxlanclarını vurmağa hazırlaşır. Ordu sözçüsü həmin bölgədəki əhalini dərhal evakuasiya olunmağa çağırıb.

Sözçü bildirir ki, Hizbullah silah anbarlarını evlərdə gizlədib və İsrail ordusu məhz həmin evləri vurur.

Böyük müharibənin əvvəli

Hizbullah üzərinə hava hücumları ötən həftə təşkilatın üzvləri peycer partlayışlarının hədəfi olduqdan sonra intensivləşib.

Ötən həftə xəbər verilmişdi ki, Hizbullah üzvlərinin fərdi peycerlərində eyni vaxtda partlayışların baş verməsi nəticəsində çox sayda ölən olub.

Təşkilat bu hücuma görə İsraili ittiham edir. İsrail isə bu məsələdə öz məsuliyyətini nə təsdiq, nə də inkar edib.

Ötən cümə günü İsrailin Beyrutun cənubuna zərbələri nəticəsində Hizbullahın komandanları da daxil azı 45 nəfər həlak olmuşdu.

Hizbillah ölənlərin yalnız 16 nəfərinin təşkilat üzvü olduğunu bildirmişdi. Onların arasında Hizbullahın liderləri İbrahim Aqil və komandan Əhməd Vəhbinin də olması deyilir.

Bu arada Livanın Ogero telekom şirkətinin başçısı İmad Xeydiye Reuters-ə bildirib ki, sentaybrın 23-də adamları evakuasiyaya çağıran 80 min avtomatik zəng qeydə alınıb. Xeydiye əlavə edib ki, bu zənglər əhali üzərinə psixoloji təzyiq vasitəsi kimi edilir.

Reuters agentliyi bildirir ki, adamlar hazırda baş verən hava zərbələrini böyük müharibənin başlanğıcı kimi qiymətləndirirlər.

XS
SM
MD
LG