Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:19

Zelenski: 'Müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır'


Ukrayna prezidenti V.Zelenski ABŞ-də Skranton silah zavodunu ziyarət edir.
Ukrayna prezidenti V.Zelenski ABŞ-də Skranton silah zavodunu ziyarət edir.

ABŞ-də səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 23-də ABC telekanalına müsahibəsində deyib ki, Rusiyanın başlatdığı müharibənin sonu "çoxlarının düşündüyündən daha yaxındır". Müsahibənin tam versiyası sentyabrın 24-də yayımlanacaq.

Telekanal müsahibədən bəzi hissələri anons olaraq yayıb. Ukrayna prezidenti deyir ki, onun sentyabrın 26-da ABŞ prezidenti Co Baydenə (Joe Biden) təqdim edəcəyi "qələbə planı"nın hədəfi Ukraynanı gücləndirməkdir: "Məhz buna görə dostlardan, müttəfiqlərdən bizi gücləndirməyi xahiş edirik. Bu çox vacibdir".

"Fikrimcə, biz sülhə çoxlarının düşündüyündən daha yaxınıq. Biz müharibənin sonuna yaxınıq", – Zelenski əlavə edib.

"Qələbə planı"na Rusiya ilə danışıqlar daxildirmi", "o, Rusiyaya inanmağa hazırdırmı" suallarına cavabında Ukrayna prezidenti vurğulayıb ki, sülh planı Rusiya ilə danışıqlar barədə deyil. Onun təkliflərinin mahiyyəti Ukraynanı gücləndirməkdir.

"Biz yalnız güc mövqeyindən Putini diplomatiya vasitəsilə sülhə tərəf itələyə bilərik", – Zelenski söyləyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk vilayətində apardığı hərbi əməliyyatdan qorxuya düşüb, çünki rusiyalılar görüblər ki, o, öz ölkəsinin ərazisini müdafiə edə bilmir.

Zelenski sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək. Onun "Böyük yeddilik", eləcə də Qlobal Cənub liderləri ilə görüşləri planlaşdırılıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb.

Ukrayna prezidenti V.Zelenski BMT Baş Assambleyası çərçivəsində "Gələcəyin Zirvəsi" zamanı çıxışa hazırlaşır.
Ukrayna prezidenti V.Zelenski BMT Baş Assambleyası çərçivəsində "Gələcəyin Zirvəsi" zamanı çıxışa hazırlaşır.

Zelenski müharibəni bitirməkdən ötrü ABŞ-ni "qətiyyətli" addım atmağa çağırır

Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın ölkəsinə qarşı təcavüzkar müharibəsini bitirmək üçün ABŞ-ni qətiyyətli addımlar atmağa çağırıb.

Zelenski bu həftə BMT-də çıxış edəcək. O, sentyabrın 23-də ABŞ-nin hər iki partiyasını təmsil edən konqresmenlərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Vaşinqtonun Kiyevə qətiyyətli dəstəyinə görə təşəkkür edən Zelenski Ukraynanın azadlığının müdafiəsində ABŞ-nin rolunun vacibliyi vurğulayıb.

Ukraynaya əsas dəstək verən ölkə olan ABŞ, eləcə də digər Qərb müttəfiqləri Kiyevə milyardlarla dollarlıq hərbi və digər yardım göstərib, Rusiyaya dəfələrlə sanksiyalar tətbiq ediblər.

"İndi qətiyyətli addım Rusiyanın Ukraynaya qarşı təcavüzünü gələn il bitirə bilər. Bizim Qələbə planımız Rusiyanı praktik sülhə vadar etməyə kömək edəcək", – Zelenski görüşdən sonra Telegram-da deyib.

Cəbhə xəbərləri

Rusiya Ukrayna ərazisinin 20 faizini tutub, şərqi Donetsk vilayətindəki strateji Pokrovsk şəhərinə doğru irəliləyir. Kiyev isə avqustun əvvəlində qəflətən Rusiyanın qərbi Kursk vilayətinə girib, onlarla kəndi ələ keçirib.

Hazırda Rusiya Ukraynanı dron və raket atəşinə tutub. Sentyabrın 24-də Ukraynanın səkkiz vilayətinə atılan 81 Rusiya dronundan 66-sı vurulub. Moskva səhər hücumunda dörd raketdən də istifadə edib.

Sentyabrın 23-də cənubi Zaporojye şəhərinə kütləvi hava zərbələrində bir kişi həlak olub, ikisi uşaq olmaqla altı nəfər yaralanıb.

Rusiyanın Müdafiə Nazirliyi isə ötən gecə Belqorod, Kursk və Bryansk vilayətləri üzərində Ukraynanın 13 dronunun vurulduğunu bildirib.

XS
SM
MD
LG