Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:09

ABŞ Paşinyanın təklifinə niyə münasibət bildirmir?


Sentybarın 26-da Nyu-Yorkda keçirilmiş üçtərəfli görüşdə
Sentybarın 26-da Nyu-Yorkda keçirilmiş üçtərəfli görüşdə

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyası dövründə azərbaycanlı və erməni həmkarları – Ceyhun BayramovArarat Mirzoyan arasında üçtərəfli görüş keçirib.

Görüş haqqında Ermənistan və Azərbaycan tərəflərinin verdiyi rəsmi məlumatların mətni bir çox mənalarda identikdir: “nazirlər sülh müqaviləsinin yekunlaşdırılması üçün əlavə səylər göstərilməsinə dair razılığa gəliblər”.

Azatutyun yazır ki, Ermənistan XİN tərəflər arasında mövqe fərqlərinin nə dərəcədə dəyişməsi məsələsinə hələ ki, aydınlıq gətirməyib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasının vəzifəli millət vəkillərindən Hovik Ağazaryan AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, tərəflər baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasına dair təklifi istiqamətində irəliləyişə nail olmayıblar.

Paşinyan həmin təklifi üçtərəfli danışıqlardan üç saat sonra Baş Assambleyanın iclasında etdiyi çıxışda bir daha dilə gətirmişdi.

ABŞ münasibət bildirməyib

Paşinyanın təklifinə görə Yerevan və Bakı sülh müqaviləsi mətninin artıq razılaşdırılmış bəndlərinə əsaslanan “keçid müqaviləsi” imzalaya bilərdilər. Azərbaycan hökuməti bu təklifi dəfələrlə rədd edərək bildirib ki, Bakı heç bir “yarımçıq” sülh müqaviləsi sənədini imzalamayacaq.

Azatutyun yazır ki, amma Birləşmiş Ştatların da Ermənistan baş nazirinin təklifinə münasibəti məlum deyil. ABŞ rəsmiləri bu təklifə dəstək barədə heç bir ictimai açıqlama verməyiblər.

ABŞ Dövlət Departamentinin rəsmi məlumatında yalnız bu deyilir ki, Blinken “tərəfləri razılaşmanın mümkün qədər tez yekunlaşdırılmasından ötrü davamlı irəIiləyişə çağırıb”.

Ermənistan Milli Məclisinin Hayastan müxalifət fraksiyasından olan deputatı Artur Xaçatryan iddia edir ki, Paşinyanın təklifi heç bir tərəfin dəstəyini qazanmayıb.

Bakının mövqeyi dəyişməyib

Üstəlik Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini ön şərt kimi qoyub. Azərbaycan tərəfi iddia edir ki, indiki konstitusiyada Azərbaycana ərazi iddiaları yer alıb.

Prezident İlham Əliyevin siyasət məsələləri üzrə baş müşaviri Hikmət Hacıyev Bakının bu şərtini İtaliyanın La Repubblica qəzetinə ötən cümə verdiyi müsahibədə bir daha dilə gətirib.

O deyib ki, “bizə qarantiyalar” lazımdır. Hacıyev vurğulayıb ki, Ermənistanın davam edən hərbiləşməsi sülh prosesinə daha bir əngəldir.

Hacıyevin sözlərinə görə Ermənistan üçün ən yaxşı variant Azərbaycana hədə yaradan hərbi ittifaqlara üzvlük yox, neytrallıq olardı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG