Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:49

İctimai Palata açıqlama yaydı


İctimai Palata 2 aprel mitinqində saxalananlarla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, aksiyada saxlananlardan 13-nə 3 gündən, 8 günə qədər həbs cəzası verilib. Onlardan 6-sı Müsavat, 4-ü isə AXCP üzvülərdir. Qalanlar isə palatada ya fərdi, ya da başqa təşkilatlar adından təmsil olunan şəxslərdir.

Məlumatda aksiyada şübhəli şəxs qisimində saxlanılan 4 şəxsin adı da qeyd edilir. Bunlar Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, bu partiyanın gənclər təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və KXCP Nərimanov şöbəsinin Məclis üzvü Cavid Mehrəliyevdir.

Halbuki, aprelin 2-si DİN və prokurorluğun yaydığı birgə məlumatda şübhəli şəxs qismində 5 nəfərin saxlandığı bildirilirdi.

İctimai Palata hələ ki, şübhəli şəxs qisimində saxalananlardan 5-ci şəxsin kimliyinə aydınlıq gətirməyib.

Məlumatda qeyd edilir ki, 2 aprel mitinqi ərəfəsində saxlanılan müxalifətçilərdən də 13- nə müxtəlif günlərlə həbs cəzası verilib. Onlardan AXCP funksioneri Şahin Həsənli CM -228.1 (Qanunsuz olaraq döyüş sursatının saxlanması) maddəsi ilə ittiham edilərək 1 aylıq həbs cəzası alıb.

DİN və Prokurorluğun birgə bəyanatında 70 nəfər şəxs haqqında tənbeh tədbirlərinin görüldüyü bildirilirdi. Ancaq onlardan konkret neçə nəfərə sutkalıq həbs verildiyi qeyd edilmirdi.

İctimai Palata isə aksiyada ümumilikdə 150 nəfərin saxlanıldığını bildirirdi.
XS
SM
MD
LG