Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:32

ABŞ səfirliyinin «Facebook» səhifəsi fəaliyyətə başlayıb


ABŞ Səfiri Matthew Bryza aprelin 4-də «İrəli» İctimai Birliyinin Gənclik Mərkəzində WeBlog2 «İrəli» gənclər qrupunun üzvləri ilə görüşüb və görüş zamanı Səfirliyin «Facebook» səhifəsini işə salıb. Bu barədə ABŞ səfirliyinin yaydığı məlumatda deyilir.

MEDİA LAYİHƏLƏRİNİN TƏRƏFDARI

Səfir deyib: «Facebook» və digər sosial media vasitələri hər yaşlardan olan insanların fikirlərini bölüşmək və əlaqələr qurmaq üçün önəmli vasitəyə çevrilib. Azərbaycanda gənclər və bütün yaşlardan olan vətəndaşların öz fikirlərini ifadə etmək üçün misilsiz imkanlara malik olduğu bir vaxtda, səfirlik Azərbaycanda yeni media layihələrinin güclü tərəfdarı olub».

Səfir Bryza əlavə edib ki, «Səfirlyin «Facebook» səhifəsinin işə salınması ilə biz cəmiyyətin bütün təbəqələrindən olan azərbaycanlılarla ünsiyyət qurulması üçün yeni vasitə yaradırıq».

Səfir, işəsalma mərasimi ərzində azərbaycanlıları ABŞ Səfirliyinin «Facebook» səhifəsini ziyarət etməyə və səhifənin tərəfdarı olmağa həvəsləndirib. 10.000-ci tərəfdar qeydiyyatdan keçdikdən sonra Səfirlik «Dell Studio XP5» laptop kompyuterinin qalibini müəyyən etmək üçün lotoreya təşkil edəcək.

Ceyhun Osmanlı
SƏFİR İRƏLİ BLOQÇULARI İLƏ GÖRÜŞÜB


Səfir Bryza «İrəli» İctimai Birliyinin mərkəzi qərargahında «İrəli»nin rəhbəri, Milli Məclisin üzvü Ceyhun Osmanlı tərəfindən qarşılanıb.

Məlumatda deyilir ki, Matthew Bryza İrəli İctimai Birliyinin bloqçulari ilə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının dəstəklənməsinə özünün güclü marağı, təhlükəsizlik və enerji məsələləri üzrə davamlı əməkdaşlıq, habelə ABŞ-ın Azərbaycanda iqtisadi və demokratik islahatlara dəstəyini müzakirə edib.

ABŞ səfirliyinin məlumatında o da bildirilir ki, Prezident Barak Obama və dövlət katibi Hillari Klinton İnternet azadlığını xüsusilə vurğulayıblar və Səfir Brayza veb vasitəsilə informasiyaya məhdudiyyətsiz çıxışın mühafizəsinin əhəmiyyətini müzakirə edib.
XS
SM
MD
LG