Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:52

Zakir Nəsirovla bağlı hökmdən apellyasiya şikayəti verilib


Vəkil Adil İsmayılov
Vəkil Adil İsmayılov

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla bağlı hökmündən apellyasiya şikayəti verilib.


Bunu «Azadlıq» radiosuna Zakir Nəsirovun vəkili Adil İsmayılov deyib.


Zakir Nəsirov ağır qətl və adam oğurluqlarında ittiham edilərək daha doqquz nəfərlə birlikdə məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.


Vəkil Adil İsmayılov deyir ki, məhkəmənin Zakir Nəsirov haqda çıxardığı hökm ədalətli deyil. Müdafiəçi Apellyasiya Məhkəməsindən Zakir Nəsirova bəraət verilməsini xahiş edir.


Ömürlük həbs cəzası alanların arasında məhkəmə istintaqında dəstə rəhbəri kimi təqdim edilən DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq əməkdaşı Hacı Məmmədov da var. Hacı Məmmədovun vəkillərinin hökmdən apellyasiya şikayəti verib-verməməsi ilə bağlı isə heç bir məlumat yoxdur.


XS
SM
MD
LG