Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:07

Azərbaycanla Zimbabve BMT-ni Özbəkistanda vəziyyətin araşdırılmasını dayandırmağa çağırıb


Əndican hadisələrindən sonra 250-dən çox adam həbs olunub
Əndican hadisələrindən sonra 250-dən çox adam həbs olunub

Azərbaycan və Zimbabve BMT-nin İnsan Haqları Şurasını Özbəkistanda insan haqları ilə bağlı vəziyyətin araşdırılmasını dayandırmağa çağırıblar. Bundan narahat olan İnsan Haqları üzrə Beynəlxalq Helsinki Federasiyası bəyanatla çıxış edib. Qurum BMT-ni Özbəkistana qarşı təzyiqləri daha da artırmağa səsləyib. Federasiya hesab edir ki, Özbəkistan hökuməti 2005-ci ildə Əndicandakı qiyam zamanı dinc əhaliyə qarşı kütləvi qırğın törədib. İnsan haqları müdafiəçiləri hadisələr zamanı yüzlərlə adamın öldürüldüyünü bildirirlər. Prezident İslam Kərimovun hökuməti isə baş vermiş hadisəyə görə, radikal islamçıları günahlandırır və ölənlərin sayının 200 nəfərdən az olduğunu bildirir. Əndican hadisələrindən sonra 250-dən çox adam həbs olunub.


Azərbaycanın BMT-nin Cenevrə ofisindəki Daimi Nümayəndəliyindən bildirblər ki, Özbəkistan məsələsi ilə bağlı mövqeyə görə, rəsmi açıqlama veriləcək.


Azərbaycan 2005-ci ildə BMT-nin İnsan Haqları Şurasına üzv sçilib.


XS
SM
MD
LG