Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:10

Qəddafinin xəstəxanaya yerləşdirildiyi deyilir


Müəmmər Qəddafi 1969-cu ildən Liviyanın faktiki hakimi hesab olunur
Müəmmər Qəddafi 1969-cu ildən Liviyanın faktiki hakimi hesab olunur

Liviya lideri Müəmmər Qəddafi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş beynin qan dövranının pozulması diaqnozunu qoyublar. Bununla belə, Qəddafinin insult (beynə qan sızma) olması da istisna edilmir. Bu barədə «NEWSru» Fələstinin informasiya agentliklərinə istinadən məlumat yayıb.


Liviya liderinin oğullarının Avropa ölkələrindən təcili Tripoliyə gəldiyi xəbər verilir.


Sonuncu dəfə Qəddafi ictimaiyyət qarşısına mayın 8-də Ər-Riyadda Sudan və Çad arasında razılaşma sazişinin imzalanması zamanı çıxıb.


Müəmmər Qəddafi 1942-ci ildə anadan olub. 1969-cu ildə onun rəhbərliyi ilə hərbçilər kral I İdrisi hakimiyyətini deviriblər. O vaxtdan Qəddafi Liviyanın faktiki hakimi hesab olunur.


Liviya liderinin hələ ötən ildən hakimiyyətdən getməyə hazırlaşdığı və varis axtardığı barədə xəbərlər yayılıb. Onun varisləri arasında böyük oğlu Səidin adı hallanır. O, bu yaxınlara kimi İtaliyanın «Peruca» və «Udineze» futbol klublarında oynayıb. Səid Qəddafi bir sıra tanınmış futbol klublarının səhmlərinin müəyyən hissəsinin sahibidir. 2006-cı ildə isə o, ölkənin təhlükəsizlik orqanlarında xidmətə başlayıb və güc strukturlarının aparıcı simalarından biridir.


Qəddafinin potensial varisləri sırasında ölkənin Olimpiya Komitəsinin rəhbəri, böyük qardaşı Məhəmmədin, qızı Ayşənin və kiçik oğlu Bilyalın da adı hallanır.


XS
SM
MD
LG