Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Hüseyn Abdullayevin məhkəməsi mayin 22-nə təyin edilib


Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə ittiham olunur
Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə ittiham olunur

Mayın 14-də Səbail Rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə Milli Məclisin deputatı Hüseyn Abdullayevin işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə prosesi mayın 22-nə təyin edilib. Bu barədə «Turan»a hakim İlham Ağayevin köməkçisi bildirib.
Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə Hüseyn Abdullayev barəsində cinayət işinin istintaqının başa çatdığını və Səbail Rayon Məhkəməsinə göndərildiyini təsdiq edib.
Hüseyn Abdullayev bu il martın 16-da deputat Fəzail Ağamalı ilə aralarında baş verən münaqişədən sonra həbs olunub. O, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə ittiham olunur.


XS
SM
MD
LG