Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:38

Qohumları jurnalistin taleyindən narahatdırlar


Naxçıvan Muxtar Respublikasının rəsmiləri jurnalistin həbsi barədə heç bir şərh vermir
Naxçıvan Muxtar Respublikasının rəsmiləri jurnalistin həbsi barədə heç bir şərh vermir

«Yeni Müsavat» qəzetinin Naxçıvan üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyevin ailə üzvləri onun taleyindən narahatdırlar. Onlar bunu Naxçıvanın Şərur rayonu Cəlilli kəndinə getmiş Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nümayəndələrinə bildiriblər.
«Turan»ın məlumatına görə, qohumları deyib ki, Mehdiyev 15 sutka həbs edilməsi barədə qərardan sonra evə zəng edib və aclığa başladığını deyib. Həbsindən bir müddət öncə jurnalist əməliyyat olunub.
Eyni zamanda, yerli hakimiyyət orqanları qohumlarına Naxçıvan şəhərindən 20 km. məsafədə yerləşən «Böyük düz» təcridxanasında saxlanan jurnalistlə görüşməyə icazə vermirlər.
RATİ əməkdaşları həmçinin Cəlilli kəndində jurnalistin iki qardaşına məxsus kommersiya obyektlərinin - çayxana və mağazanın dağıdılmasının şahidi olublar.


Qohumlarının sözlərinə görə, ötən şənbə Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin əməkdaşları Mehdiyevi 7 saat müddətinə saxlayıblar və amansızcasına döyüblər. Bundan əlavə, jurnalistə Naxçıvanda enerji təminatı sahəsindəki çatışmazlıqlar və problemlər haqqında məqalələrin dərc olunmasının yolverilməzliyi bildirilib.


Sentyabrın 23-də (bazar günü) səhər polis əməkdaşları kəndə gələrək Mehdiyevi aparıblar. Həmin gün Şərur Məhkəməsi polisə müqavimət göstərmək ittihamı ilə onun 15 sutka həbs olunması barədə qərar çıxarıb.
Naxçıvan Muxtar Respublikasının rəsmiləri jurnalistin həbsi barədə heç bir şərh vermir. Bundan başqa, regional Mətbuat Şurasının rəhbəri Fərəc Fərəcov və onun müavini ümumiyyətlə jurnalistin həbsi faktını inkar ediblər.


XS
SM
MD
LG