Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:58

Həkimeldostu Mehdiyev həbsdən azad edilib


Rauf Arifoğlu əməkdaşının həbsilə bağlı Mətbuat Şurasının lazımi addımlar atmadığını bildirib
Rauf Arifoğlu əməkdaşının həbsilə bağlı Mətbuat Şurasının lazımi addımlar atmadığını bildirib

AXCP-nin Naxçıvan Təşkilatının üzvü, «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev sentyabrın 27-də həbsdən azad edilib.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən jurnalist deyir ki, saat 13.00 radələrində səbəbini izah etmədən ona azad olduğunu bildiriblər.


«Saat təxminən bir idi. Rəis məni kabinetinə çağırıb dedi ki, azadsan. Soruşdum ki, mənim hələ 11 günüm qalıb. Necə azad ola bilərəm? Dedilər yox, azadsan».


Həkimeldostu Mehdiyevin sözlərinə görə, polislər kəndə qayıtması üçün onu maşınla taksi dayanacağına qədər aparıblar.


Bu gün «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu əməkdaşının həbsilə bağlı mətbuat konfransı keçirib. O, bu işdə Azərbaycan KİV-lərinin passiv mövqe tutmasından, Mətbuat Şurasının lazımi addımları atmamasından danışıb.


Baş redaktor məsələ ilə bağlı məhkəməyə və Avropa Şurasına müraciət edəcəklərini bildirib.


Sentyabrın 23-də Həkimeldostu Mehdiyevin barəsində polisə müqavimət ittihamıyla həbs-qətimkan tədbiri seçilmiş və o, 15 sutka azadlıqdan məhrum edilmişdi.


ABŞ-ın Azərbaycandakı səfiri jurnalistin həbsini pisləmiş, «Sərhədsiz reportyorlar» təşkilatı isə hakimiyyətdən onun dərhal azad olunmasını tələb etmişdi.


XS
SM
MD
LG