Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:30

Bu il istehsalatda 136 ölüm hadisəsi baş verib


Bu il tikintidə 61 bədbəxt hadisə baş verib. 68 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Bu il tikintidə 61 bədbəxt hadisə baş verib. 68 nəfər ölüb, 48 nəfər xəsarət alıb

2007-ci ildə respublika üzrə bütün istehsalat sahələrində 136 ölüm hadisəsi baş verib, 216 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Əmək Müfəttişliyinin hesabatında belə deyilir. Dekabrın 19-da verilən hesabatda göstərilir ki, başa çatmaqda olan ildə ümumilikdə 2195 müəssisədə yoxlama həyata keçirilib.


Ən çox bədbəxt hadisə isə tikinti sektorunun payına düşür. Bu il tikintidə 61 bədbəxt hadisə baş verib. 68 nəfər ölüb, 48 nəfər xəsarət alıb.


Müfəttişlik əməyin təhlükəsizliyi qaydalarına əməl edilməməsi səbəbindən 8 tikinti şirkətinin fəaliyyətini dayandırıb. Onlardan 5-i nöqsanları aradan qaldırdığından işlərini davam etdirib. Eyni zamanda 7 daş karxanasında avadanlıqlardan istifadə dayandırılıb.


XS
SM
MD
LG