Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Qarabağ problemi 2008-ci ildə


Ekspertlərin fikrincə, 2008-ci il bütün hallarda Qarabağ ili olacaq
Ekspertlərin fikrincə, 2008-ci il bütün hallarda Qarabağ ili olacaq

Yenicə başlanmış 2008-ci il artıq müxtəlif aspektlərdən araşdırılır, bu ilin iqtisadi, siyasi olaylarını irəlicədən analiz etməyə cəhd göstərilir. Diqqət çəkən problemlərdən biri də sözsüz ki, Qarabağ problemidir. Maraqlıdır ki, 2008-ci ildə Qarabağ probleminin başlanmasının və açıq formaya keçməsinin 20 ili tamam olacaq. Bu 20 ilin 16 ili ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlıdır. Artıq 16 ildir ki, Minsk qrupu problemin siyasi həll yollarını tapmağa cəhd edir. Nəzərə çarpan digər detal isə budur ki, problemin mövcud olduğu 20 ilin 15 ili Yeni Azərbaycan Partiyasının hakimiyyəti illərinə təsadüf edir.


Əvvəllər belə güman edilirdi ki, Qarabağ probleminin həllini çətinləşdirən əsas amillər ölkədəki hakimiyyət boşluğu və siyasi qeyri-sabitlikdir. 1993-cü ildən sonra bunların hər ikisinə son qoyuldu. Buradan belə nəticə çıxarmaq olar ki, münaqişənin həlli üçün zəruri olan siyasi və sosial sabitilik zaman baxımından təmin edildi. Artıq 15 ildir ki, ölkədə bir partiya – Yeni Azərbaycan Partiyası hakimiyyətdədir. Amma buna baxmayaraq problem öz həllini tapmayıb. Bu vaxta qədər əldə edilmiş saziş ancaq 1994-cü ildən tətbiq edilən atəşkəs rejimi ilə məhdudlaşır və 2008-ci ildə prezident seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasının Qarabağ problemi ilə bağlı deyiləcək sözləri çox azdır. Məsələnin ən qəliz tərəfi bəlkə də onun psixoloji mahiyyətidir.



Bəs 2008-ci ildə Qarabağ probleminin həllində hansı irəliləyişləri gözləmək olar? Təəssüf ki, ümid verən detallar çox azdır. 2008-ci il siyasətdə daha çox seçkilər ili kimi xarakterizə edilir. Bu il Azərbaycanda, Ermənistanda, Rusiyada, ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçki ciddi diplomatik razılaşmaları istisna edir

Bu illər ərzində hamıda belə bir fikir yaranıb ki, Qarabağ probleminin həlli təkcə Azərbaycandan asılı deyil. Bu fikirdə müəyyən həqiqət olsa da o, siyasi nihilizmə və etinasızlığa gətirib çıxarmamalıdır. Hər halda hakimiyyətdə olan istənilən partiya ilk növbədə Qarabağ probleminin həlli yollarını axtarmalı və bununla bağlı hesabat verməlidir. Amma siyasi hesabat yoxdur, ən yaxşı halda əhaliyə bu və ya digər proses haqqında məlumat verilir. Bu məlumatlar isə hakimiyyətin fəaliyyəti haqqında zəruri qədər təsəvvür yaratmaq iqtidarında deyil. Ötən müddət ərzində Qarabağ problemi cəmi bircə dəfə Milli Məclisin açıq müzakirəsinə çıxarılıb və bu müzakirəyə müxalifət nümayəndələri də dəvət olunub. Əsas müddət isə daha çox bəyanatlar və siyasi vədlər illəri kimi yadda qalıb.


Bəs 2008-ci ildə Qarabağ probleminin həllində hansı irəliləyişləri gözləmək olar? Təəssüf ki, ümid verən detallar çox azdır. 2008-ci il siyasətdə daha çox seçkilər ili kimi xarakterizə edilir. Bu il Azərbaycanda, Ermənistanda, Rusiyada, ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçki ciddi diplomatik razılaşmaları istisna edir. Amma bu, o halda baş verir ki, ölkələrdə hakimiyyət dəyişikliyi olsun. Bu aspektdən yanaşanda Azərbaycan yenə də istisnalıq təşkil edir. Artıq indidən aydındır ki, Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməyəcək və Yeni Azərbaycan Partiyası hakimiyyətdə qalacaq. Bu, o deməkdir ki, Azərbaycan tərəfi ciddi razılaşmalara hazırdır.


Amma belə razılaşmalar gündəlikdə varmı? Hələlik aparılan danışıqlarda Azərbaycanı qane edən bir detal var ki, bu da Ermənistanın münaqişənin mərhələli həll variantına meyl etməsidir. Amma Ermənistan bunu digər amillərlə şərtləndirir və mütəmadi olaraq «milli müqəddəratı təyin etmə» prinsipindən danışır. Ona görə də sual yaranır: söhbət mərhələli yolla həyata keçiriləcək yeni «paket variantı»dan getmir ki? Təəssüf ki, bu sualın birmənalı cavabı yoxdur. Azərbaycan tərəfinin mövqeyi aydındır: məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Amma Ermənistanın mövqeyi dəyişkən və ziddiyyətlidir.


Prinsipcə, seçki həmişə dualist prosesdir. O, bir tərəfdən ciddi diplomatik razılaşmaları istisna etsə də, o biri tərəfdən məsələni siyasi gündəliyə gətirir. Seçki problemə iki aspektdən yanaşır: uğur və uğursuzluq. Əgər prosesdə uğur varsa bu, hakimiyyətə iddialı partiyanın mövqelərini gücləndirir. Uğur yoxdursa əks proses baş verir. Bu aspektdən yanaşanda 2008-ci il bütün hallarda Qarabağ ili olacaq. O seçkidə iştirak edən bütün partiyaların leksikonunda olacaq. Amma bu, problemin həlli demək deyil. Mövsümi və ötəri xarakter daşıyan qarşılıqlı tənqidlər və ittihamlar problemin həlli üçün heç nə verməyəcək. Qarabağ siyasi seçki problemi olmaqdan daha çox milli problem olmalıdır. Ancaq bu halda onun həlli sürətlənə və yaxınlaşa bilər.


XS
SM
MD
LG