Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:56

Gürcüstan parlamenti Dumanın qərarına cavab addımı ata bilər


Dumanın qərarı hökumətə tövsiyə xarakteri daşıyır
Dumanın qərarı hökumətə tövsiyə xarakteri daşıyır

Gürcüstan parlamenti Rusiya Dövlət Dumasının qərarına cavab addımı ata bilər. «Exo Moskvı» radiostansiyasının məlumatına görə, Gürcüstan parlamentinin vitse-spikeri Mixaid Maçavariani belə deyib.


Martın 21-də Dövlət Duması Gürcüstanın NATO-ya daxil olacağı təqdirdə, Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımalı olduğu barədə qərar qəbul edib. Qərar hökumətə tövsiyə xarakteri daşıyır.


ABŞ isə Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaqdan çəkinməyə çağırıb. Birləşmiş Ştatların Dövlət katibinin müavini Daniel Frid Gürcüstanın «Rustavi 2» televiziyasına müsahibəsində deyib ki, Moskvanın bu addımı böyük səhv olar və çoxlu problemlər yaradar.


Bu ayın əvvəlində Tbilisinin nəzarətində olmayan hər iki separatçı region - Abxaziya və Cənubi Osetiya dünya ictimaiyyətinə müraciət edib ki, onların müstəqilliklərini tanısınlar.


Azərbaycanın Xarici İşlər Nazirliyindən «Azadlıq» radiosuna deyiblər ki, Bakı Gürcüstan və Rusiya arasındakı bütün anlaşılmaz məsələlərin diplomatik yollarla həllini istəyir.


Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə «Azadlıq» radiosuna deyib ki, Duma hansısa qərarlar qəbul edə bilər: «Ancaq daha kəskin addımlar atmaq Rusiyanın marağında deyil».


XS
SM
MD
LG