Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Ərzaq bahalaşması və seçkilər


Seçkinin taleyini son nəticədə ölkənin iqtisadi vəziyyəti həll edir
Seçkinin taleyini son nəticədə ölkənin iqtisadi vəziyyəti həll edir

Oktyabr ayında keçiriləcək prezident seçkisinin gedişində maraqlı proseslər cərəyan edə bilər. Getdikcə belə düşünən ekspertlərin və analitiklərin sayı artmaqdadır. Buna səbəb ölkədəki iqtisadi vəziyyətdir.


Bəzi mütəxəssislər tərəfindən hələ bir neçə il bundan əvvəl səsləndirilən proqnozlar özünü doğrultmaqdadır. Ölkəyə daxil olan neft gəlirləri sürətli bahalaşma, xüsusən də ərzağın bahalaşması ilə müşayiət olunur. Qiymətlər durmadan artır, insanların alıcılıq qabiliyyəti gündən-günə aşağı düşür. Belə təəssürat yaranır ki, qeyri-adi iqtisadi inkişaf haqqındakı söhbətlər artıq yekunlaşmaq üzrədir. Hakimiyyət dairələri özləri də bunu hiss edirlər. Ərzağın bahalaşması, onu yaradan səbəblər haqqında mülahizələr dövlət rəsmilərinin dilindən daha çox eşidilir. Bütün bunlar isə ona dəlalət edir ki, seçki əvvəllər fərz olunan qədər də asan keçməyəcək. Bütün dünyada qəbul olunmuş sosioloji təcrübə var-əgər qiymətlər qalxırsa, hökumətin reytinqi aşağı düşür, narazıların sayı artır.


İndi nəyin cəmiyyət üçün xüsusi önəm kəsb etdiyini demək çətindir. Kimin konkret olaraq önə keçdiyini, kimin ictimai rəydə geri qaldığını söyləmək mümkün deyil. Amma ümumi tendensiya narazıların artımını göstərir.


Seçki marafonuna isə hələ bir neçə ay qalıb. Prinsipcə, bu müddət ərzində hökumət operativ olaraq vəziyyəti dəyişməyə cəhd edə bilər. Bunun ilk işartıları görünür. Artıq taxıl fondunun yaradılması haqqında sərəncam var. Amma hökumət qısa müddət ərzində vəziyyəti dəyişə biləcəkmi?


Korrupsiyaya qarşı mübarizə ciddi nəticə vermədi. İnhisarçılığı cilovlamaq mümkün olmadı. Qiymət artımı dayanmadı. Bütün bunlar ərzağın bahalaşması ilə bağlı da baş versə, sosial vəziyyət istər-istəməz mürəkkəbləşəcək

Bir neçə illik müşahidələr göstərir ki, bu, o qədər asan də asan məsələ deyil. İqtisadiyyatda mənfi tendensiyalar artıq bir neçə ildir ki, özünü təzahür etdirir. Onların hamısını aradan qaldırmaq istiqamətində hökumətin səyləri uğursuzluğa düçar olub. Korrupsiyaya qarşı mübarizə ciddi nəticə vermədi. İnhisarçılığı cilovlamaq mümkün olmadı. Qiymət artımı dayanmadı. Bütün bunlar ərzağın bahalaşması ilə bağlı da baş versə, sosial vəziyyət istər-istəməz mürəkkəbləşəcək. Əksər ekspertlərin rəyi budur ki, ölkə iqtisadiyyatında köklü islahatlar aparılmalıdır. Bu islahatlar aparılmadığından hökumətin mənfi tendensiyaları aradan qaldırmaq sahəsindəki səyləri nəticə vermir, sonda ümumi uğursuzluq baş verir. Azərbaycanlı seçici «korrupsiya və inhisarçılıq hər yerdə var», «qiymətlər bütün dünyada artır» kimi fikirlər eşitməklə kifayətlənməli olur. İndi seçici buna fəal etiraz etmir, amma heç kim istisna edə bilməz ki, o, bunu seçki vaxtı edəcək və hökumətin apardığı iqtisadi siyasətin əleyhinə səs verəcək. Çox güman ki, hökumət bunu istəmir. Amma hökumətin alternativ potensial imkanları çox azdır.


Yaxın müddət ərzində mümkündür ki, maaşlar və təqaüdlər artırılsın. Bunu müstəqil ekspertlər də inkar etmirlər. Amma bu yol da o qədər də səmərəli deyil. Maaşların və təqaüdlərin artımı güclü inflyasiya və bahalaşma ilə müşayiət olunur. Maaşlar və təqaüdlər artmağa macal tapmamış qiymətlər artır.


Azərbaycanlı seçici siyasi proseslərə o qədər də maraq göstərmir. Böyük əksəriyyəti nə Seçki Məcəlləsinə dəyişikliklər, nə də Aqo qrupunun şərtləri maraqlandırmır. Amma bunu iqtisadi vəziyyət haqqında demək olmaz.


Ümumiyyətlə, dünyada elə bir seçici tapmaq olmaz ki, özünün iqtisadi durumuna biganə olsun. Seçkinin taleyini son nəticədə ölkənin iqtisadi vəziyyəti həll edir. Əgər iş yerləri varsa, maaşlar yaxşıdırsa, qiymətlər artmırsa və münasibdirsə, onda seçici razı qalır. Əks təqdirdə isə o, narazılığını bildirir.


Təbii ki, narazıların çoxluğu hələ müxalifətin potensialını artırmır. Ona görə demək olmaz ki, narazı elektorat müxalifət nümayəndələrinə səs verəcək. Müxalifət hələ bu dəstəyi qazanmalıdır. Amma seçici psixologiyasının bir özəlliyi var. İnsanlar bir qayda olaraq seçki siyahılarına səs verirlər. Bu amil spontan şəkildə müxalifət nümayəndələrinin şansını artıra bilər. Belə hallarda bəzən elə olur ki, bir o qədər şansı olmayan siyasətçi seçki vaxtı önə keçir. Seçki vaxtı belə irəlicədən çətin proqnozlaşdırılan hallar baş verir.


Bu da seçki prosesinin bir özəlliyidir. Hər şeyi irəlicədən proqnozlaşdırmaq mümkün olsaydı seçki çox maraqsız olardı.


XS
SM
MD
LG