Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:36

«Mütəfəkkir»ə hökm oxundu


«Mütəfəkkir»in on beş mərtəbəli binasının uçması nəticəsində 25 nəfər həlak olmuşdu
«Mütəfəkkir»in on beş mərtəbəli binasının uçması nəticəsində 25 nəfər həlak olmuşdu

2007-ci ildə Bakıda 25 nəfərin ölümü ilə nəticələnmiş bina uçqununda təqsirli bilinənlərə mayın 7-də hökm elan olunub.


Hökmü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əflatun Qasımov oxuyub. Təqsirləndirilən tərəf «Mütəfəkkir» MMC-nin baş mühəndisi Əsgər Əliyev 9, iş icraçıları Fərhad Həsənov 7, Qədir Səlimov 5 il, Mürsəl Haqverdiyev 5, Eldar Rəhimov 4 il yarım azadlıqdan məhrum ediliblər.


Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Tikinti İdarəsinin sabiq rəisi Akif Məhərrəmovun həbsdə saxlandığı 8 ay müddət cəzaya hesablanmaqla məhkəmə zalından azad olunub.


Məhkəmə həmçinin «Mütəfəkkir» MMC-nin əmlakı müsadirə olunub zərərçəkənlərə verilməsi barədə də qərar çıxarıb.


Cəmiyyətin rəhbəri Əli Muradov isə ötən il ürək xəstəliyindən istintaq təcridxanasında vəfat etdiyindən cinayət işinin ona aid hissəsinə xitam verilib.


Təqsirləndirilən şəxslərin vəkilləri isə qərardan apelyasiya şikayəti verəcəklər. Vəkillər əsil günahkarların kənarda qaldığını bildirirlər.


«Mütəfəkkir» MMC-nin Yasamal rayonunda inşa etdiyi on beş mərtəbəli bina ötən il avqustun 28-də uçub. Nəticədə 25 nəfər həlak olub, 3 nəfər yaralanmışdı.


XS
SM
MD
LG