Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:01

Karyera savaşında xanımların rolu


Artıq Avropa və Amerikadan olan xanımlarla nikah dəbdədir...
Artıq Avropa və Amerikadan olan xanımlarla nikah dəbdədir...

Sovetlər dövründə Orta Asiya respublikalarında birinci ledilər öz ərlərinin siyasi karyerasında mühüm rol oynayıblar. Xüsusən də əgər bu xanımlar milliyətcə rus idilərsə. Məsələn, bu, Tacikistanda az qala qaydaya çevrilmişdi. Hətta Tacikistanın qəhrəman kimi qarşıladığı Bobocan Qafurovun da xanımı rus idi. Qafurovu taciklərin tarixi haqda yazdığı kitabına görə hamı qəhrəman kimi tanıyırdı. Amma Moskva ittifaq respublikalarının milli kimliyi dərk etməsinə əngəllər yaratmağa başlayanda, Qafurov vəzifədən gedəsi oldu, xanımının rus olması belə köməyinə çatmadı.


Qırğızıstanın indiki prezidenti Kurmanbek Bakiyevin də yoldaşı rusdu, elə Türkmənistanın yeganə ömürlük eks-prezidenti Saparmurad Niyazovun da. Özbəkistan prezidenti İslam Kərimov isə bu sahədə lap rekord vurub. İki dəfə rəsmən evlənən Kərimovun birinci arvadı da, indiki birinci ledi Tatyana da rusdular. Özbəkistanda Kərimovdan əvvəl hakimiyyətdə olam Akmal İkromov və Usmon Yusupov da həyat yoldaşlarını öz millətlərindən yox, etnik ruslardan seçmişdi.


Qısacası Orta Asiyada hətta kiçik məmurlardan tutmuş siyasi partiya liderlərinə kimi əksər kişilər rus xanımlarıyla ailə qurmağa üstünlük veriblər. Bəzi iddialar var ki, bu cür nikahların əksəriyyəti sadəcə siyasi karyera naminə bağlanıb. Özbəkistandan olan şərhçi Abdullah Abduqadıroglu deyir ki, özbək liderləri üçün rusdilli həyat yoldaşına malik olmaq Moskvaya sadiqliyin bir göstəricisiydi. Moskva yerlilər arasında kimisə lider kimi seçmək istəyəndə bu cür şeylərə fikir verirdi: «Belə nikahlar karyera məqsədi güdür, hansısa yüksək vəzifə əldə etmək və yaxud da vəzifədə qalmaq üçün önəmli idi. Moskvanın təyin etdiyi bir çox vəzifələrdə əyləşən özbəklərin xanımları rus olub. Amma xanımın rus olmasıyla yanaşı, Moskva həm də hansısa namizədin özünün də təmiz özbək olmamasına diqqət edirdi».


Bəlkə də elə bu səbəbdəndir ki, SSRİ dağılandan sonra sevib-evlənənlərdən başqa, Orta Asiyada rus qadınlarla bağlanan nikahların sayı azaldı. Çünki bu, artıq siyasi karyeraya heç bir yardım edə bilməzdi. Amma indi başqa tendensiya var - Rusiyaya işləməyə gedən miqrantlar ruslarla ailə qurur. Bu halda isə rus xanımları onlara vətəndaşlıq almaq, iş tapmaq, polisin zorakılığından canını qurtarmaq və başqa məqsədlərə çatmaqda kömək edir.


Bəs, Azərbaycanda bu sahədə vəziyyət necə olub?


Ötən əsrin əvvəllərində çar Rusiyasının Bakısında siyasi və iş karyerası dalıyca qaçanlarda belə tendensiyanın olduğunu demək olar. Təkcə elə o dövrün satirik mətbuatındakı felyetonları və Sabirin «tacirlərimiz sonyalara bənd olacaqmış, bədbəxt tükəzbanları neylərdin ilahi!» şerini yada salmaq yetər.


Sovet Azərbaycanını idarə edənlərdən bir neçəsinin xanımının da etnik olduğunu görmək olur. Üstəlik, hələ də aktiv fəaliyyət göstərən sovet məmur aparatının bir çox üzvlərinin də xanımları rusdilli və başqa etinik azlıqlar olub. Amma filisof-mədəniyyətşünas Rəhman Bədəlov deyir ki, hər halıda öz dövründə etniklərlə nikah bağlamanın karyera naminə önəmli şərt olması tendensiyası Azərbaycanda olmayıb.


Artıq sovetlər dövrü geridə qalıb. İndi nikahların karyeradakı rolundan danışanların çoxu amerikalı xanımı olan Ukrayna prezidenti Viktor Yuşşenko və onun gürcü həmkarı Saakaşvilinin hollandiyalı xanımına diqqət yetirirlər.



Onların hər ikisi Qərbin təşkil etdiyi iddia olunan «rəngli inqilablar» nəticəsində hakimiyyətə gəliblər və hər ikisi də sanki yeniliyə meyilli kimi təqdim olunurlar. Odur ki, Orta Asiya liderlərinini rus xanımlarla ailə qurmasından danışanlar hazırda postsovet məkanında yeni dəbin yaranacağını ididia edirlər. Artıq Moskvanın yox, Avropa və Amerikanın xoşuna gəlmək üçün oralardan olan xanımlarla nikah dəbinin…


XS
SM
MD
LG