Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:41

Yastıq harada daha yüngüldür və ya xəstədən yalnız şəfa uman həkimlər


«Həkim xəstənin əlindən pul almır»
«Həkim xəstənin əlindən pul almır»

«Həmyerli»nin budəfəki qonaqlarının dilindən.


Norveçdə şəfqət bacısı işləyən Sevil xanım: «Həftədə cəmi 35,5 saat işləməyə ixtiyarımız var. Bundan artıq işləsək, yarım və ya bir saat – ona görə ikiqat maaş alırıq. Çünki normadan artıq işləmişik».


Türkiyənin Antalya şəhərində həkimlik edən Samirə xanım: «Həkim xəstənin əlindən pul almır. Bu, etik mənada çox önəmlidir. Həkim ancaq müalicəsini edir, dərmanını verir, reseptini yazır».


Norveç, Türkiyə, Almaniya və İsraildəki səhiyyə sisteminin necə işləməsi, habelə Çexiyada Tibb Universitetinin 6-cı kursunda təhsil alıb, doktorluq diplomuna yiyələnmək üçün bundan sonra da 7 il oxumalı olan azərbaycanlı tələbənin təəssüratları ilə sizi İlkin Məmmədov tanış edir. O, öz verilişini belə bitirir: «Belə, bugünkü «Həmyerli»də Azərbaycandan kənarda, azərbaycanlıların yaşadığı ölkələrdə səhiyyə sistemindən danışdıq. Azərbaycanla fərqləri və oxşarlıqları görmək üçün. Və nə vaxtsa belə müqayisələr aparanda təkcə həsəd aparmaq yox, «bizdə daha yaxşıdır» deyib öyünmək ümidiylə sag olun, salamat qalın»


Buna da bax:

XS
SM
MD
LG