Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:53

«Cübbəli dövlət çevrilişi»


Məhkəmə hicabla ali məktəbə getməyi dünyəvi dövlət modelinə zidd hesab edir
Məhkəmə hicabla ali məktəbə getməyi dünyəvi dövlət modelinə zidd hesab edir

Türkiyənin Konstitusiya Məhkəməsi universitetlərə başı bağlı gəlməyə icazə verən düzəlişləri ləğv edib. Məhkəmə bildirib ki, parlamentin fevralda qəbul etdiyi islahatlar Türkiyənin dünyəvilik prinsiplərinə zidd olub.


«Azadlıq» radiosunun Türkiyə müxbiri xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının rəsmilərindən biri bu qərarı «cübbəli dövlət çevrilişi» adlandırıb.


Universitetlərdə hicaba qadağanın qoyulmasını Demokratik Sol Partiyası və Cümhuriyyət Xalq Partiyası tələb etmişdi.


Türkiyədə bir çox qadınlar universitetlərdə hicaba icazə verilmədiyindən, ali təhsil almaq hüququndan məhrum olub.


Avropa İnsan Haqları Məhkəməsi də hicabla ali məktəblərə getməyə icarə verməklə bağlı müraciətləri rədd edib. Bunu Türkiyənin konstitusiyasına, dünyəvi dövlət modelinə zidd hesab edib. Konstitusiya Məhkəməsinin qərarından bir gün əvvəl Avropa Məhkəməsi Türkiyədən gələn oxşar şikayəti də rədd etmişdi.

XS
SM
MD
LG