Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:40

«Məni şər və böhtanla həbs etdirənlər burada yoxdurlar»


«Məndən öz dostlarının, tanışlarının əleyhinə ifadə almaq istəyiblər»
«Məndən öz dostlarının, tanışlarının əleyhinə ifadə almaq istəyiblər»

«Məni şər və böhtanla həbs etdirənlər burada yoxdurlar. O adamlar bütün Azərbaycanın düşmənləridirlər. Məni bu cinayət işinə görə həbs etməyiblər. Dövlət çevrilişinə görə həbs ediblər. 3 ildir təkadamlıq kamerada saxlayırlar. Mənim fiziki məhv olunmağımı istəyirlər».


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev bunu Bakı Apelyasiya Məhkəməsindəki prosesdə söyləyib. Bu barədə «Yeni Müsavat» yazıb.


Ümumiyyətlə, sabiq nazirin məhkəməsi iyulun 2-də çıxan əksər qəzetlərin ön səhifəsində yer alıb.


Fərhad Əliyev deyib: «Bu məhkəmə süni şəkildə yaradılıb. Ona görə də əhəmiyyətsiz yerə danışmağa ehtiyac yoxdur. Mənim üçün şərəf və ləyaqət hər şeydən üstündür. 3 ildir sınmamışam, sınan da deyiləm. Məndən öz dostlarının, tanışlarının əleyhinə ifadə almaq istəyiblər. Bunun üçün hər cür təkliflər ediblər, razılaşmamışam».


«Bizim Yol» yazır ki, «taxılın qiyməti ikiqat artıb». Qəzet yazır ki, Bərdə rayonundan olan fermerlər bildiriblər ki, ötən il yerli buğdanın topdansatış qiyməti maksimum 20 qəpik olduğu halda, yeni mövsümdə bu hədd taxılın sortundan asılı olaraq 30-40 qəpik arasında dəyişir. Bu isə o deməkdir ki, hazırda ən aşağı sortlu yerli buğdanın bir tonunun qiyməti 300 manatdır. Fermerlərin bildirdiyinə görə, Azərbaycanda yüksək keyfiyyətli buğda azlıq təşkil etdiyindən dəyirmanlar ehtiyat taxıl yığmaqda çətinlik çəkir. Belə ki, indi bazarlarda əla sort buğdanın bir tonu 400 dollar ətrafındadır.


«Fəaliyyətimizin göstəriciləri ildən-ilə yaxşılaşır»-, Daxili İşlər naziri Ramil Usubov «Azərbaycan» qəzetinə müsahibəsində belə deyib. Nazir bildirib: «Ötən müddətdə respublikanın daxili işlər orqanları tərəfindən ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur».


Ramil Usubov xüsusi olaraq vurğulayıb ki, «Bu gün Azərbaycan polisi öz vəzifə borcunu layiqincə yerinə yetirir».


XS
SM
MD
LG