Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:46

Fərhad Əliyevin apellyasiya şikayəti təmin edilmədi


Əliyev qardaşları 2005-ci ilin oktyabrında həbs ediliblər
Əliyev qardaşları 2005-ci ilin oktyabrında həbs ediliblər

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, onun qardaşı, «Azpetrol» şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev və daha beş nəfərin apellyasiya şikayəti təmin edilməyib.


İyulun 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bu qərar çıxarılıb.


Məhkəmə bütün müttəhimlər barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Əliyev qardaşları 2005-ci ilin oktyabrında həbs ediliblər. Onlar dövlət çevrilişinə cəhddə ittiham olunublar. Sonradan bu ittiham ayrıca icraata ayrılıb.


2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F.Əliyev əmlakı müsadirə olunmaqla 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.


Digər müttəhimlər, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bir qrup keçmiş əməkdaşı da müxtəlif müddətli həbs cəzası alıb.


Təqsirləndirilənlər bir sıra iqtisadi və vəzifə cinayətlərində ittiham olunublar.


XS
SM
MD
LG