Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:04

İsveçli jurnalistlər Azərbaycandan deportasiya olunacaqlar


Jurnalistlərin saxlanmasının dəqiq səbəbi hələ də bilinmir
Jurnalistlərin saxlanmasının dəqiq səbəbi hələ də bilinmir
İfadə azadlığı ilə bağlı sənədli film hazırlamaq məqsədi ilə Azərbaycanda olan isveçli jurnalistləri həftəsonu Bakıda saxlayıblar. Üç isveçli jurnalist Bakının mərkəzində müxalifətin aksiyasından az əvvəl tutulub.

Fotoqraf Zsolt Czinkoczky «Expressen» qəzetində bildirib ki, «qəfildən polis hadisə yerinə gəldi və adamları dağıtmağa başladı. Onlar mənim həmkarlarımı apardılar. Soruşanda ki, onları niyə aparırısınız, dedilər ki, çəkilişə icazə yoxdur».

İsveçin Xarici İşlər Nazirliyinin sözçüsü Anders Jörle bildirib ki, jurnalistlərin saxlanması viza problemi ilə bağlı ola bilər.

«Pampas Produktion» film şirkətinin nümayəndəsi Mikael Eklund isə deyib ki, isveçli jurnalistləri saxlayanda, polis onlardan yaddaş kartını alaraq içindəkiləri pozub.

Jurnalistlərin saxlanmasının dəqiq səbəbi hələ də bilinmir.

M. Eklund TT xəbər agentliyinə deyib ki, onlara çəkilişə icazənin olmamasından tutmuş viza probleminə qədər müxtəlif səbəblər deyilib. Eklund onu deyib ki, jurnalistlər hər hansı hədə-qorxu və ya fiziki zorakılığa məruz qalmayıblar.

Ən son məlumata görə, isveçlilər Azərbaycandan deportasiya olunacaqlar. Bunun nə vaxt baş verəcəyi isə hələ məlum deyil.
XS
SM
MD
LG