Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:35

"Mərkəz" qəzeti şeir müsabiqəsi elan etdi


Mənbə: "Mərkəz" qəzeti

Gənc şairlərin yaradıcılığına dəstək vermək məqsədi ilə “Mərkəz” qəzeti “I Şeir Müsabiqəsi” nə start verir.

Müsabiqə şeirdə yeni istedadların üzə çıxarılması, təbliği və dəyərləndirilməsi məqsədilə yaradılıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatının təbliği, istedadlı gənc şairlərin üzə çıxarılmasıdır.

Müsabiqədə yaşı 35-ə qədər olan gənc şairlər iştirak edə bilərlər.

Müsabiqə 2011-ci ilin aprel ayının 20-də başlayır və may ayının 15-ə qədər əsərlərin qəbulu davam edir.

Müsabiqənin yekunu və qaliblərin mükafatlandırılmasının dəqiq günü əsərlərin qəbulundan 3 (üç) gün sonra Təşkilat Komitəsi tərəfindən elan edilir.

I Mərhələ

Bu mərhələdə seçim və dəyərləndirməni “I Şeir Müsabiqəsi” nin Təşkilat Komitəsi aparır. “I Şeir Müsabiqəsi”-nin Təşkilat Komitəsi “Mərkəz” qəzetinin kollektivi arasından seçilmiş 3 (üç) nəfərdən ibarətdir.

Müsabiqəyə göndərilən 5 şeir arasından Təşkilat Komitəsi 1 ən yaxşı hesab etdiyi şeiri seçir, həmin şeir müəllifin qısa tərcümeyi halı və şəkli ilə bərabər “Mərkəz” qəzetində çap olunur.

“I Şeir Müsabiqəsi”nə təqdim olunan və Təşkilat Komitəsinin seçdiyi şeirlər həftənin iki günü “Mərkəz” qəzetidə işıq üzü görür və “I Şeir Müsabiqəsi”nin Münsiflər Heyətinə təqdim olunur.

“I Şeir Müsabiqəsi”nin Münsiflər Heyəti qəzetdə işıq üzü görmüş şeirləri fərdi şəkildə 10 ballıq sistemlə qiymətləndirir.

II Mərhələ

“I Şeir Müsabiqəsi”nin Təşkilat Komitəsinin və Münsiflər Heyətinin birgə müzakirəsindən sonra müsabiqənin “Uzun siyahi”si elan olunur.

“Uzun siyahi”də 10 şairin şeiri yer alır və qiymətləndirilmək üçün “I Şeir Müsabiqəsi”nin Münsiflər Heyətinə təqdim edilir.

“I Şeir Müsabiqəsi”nə gənc müəlliflər, yeni imzalar qatıla bilər. Bir müəllif yalnız bir imza ilə çıxış edə bilər. Mətnlər Azərbaycan dilində, Times New Roman şrifti ilə yazılmalı və elektron versiyada merkezmusabiqe@box.az ünvanına göndərilməlidir.

Müsabiqəyə indiyə qədər yazılı və ya elektron KİV-də nəşr olunmamış mətnlər iştirak edə bilər. Bundan əlavə, hər bir müəllif, öz bioqrafiyasını, əlaqə telefonlarını və bir ədəd rəngli fotoşəklini də mütləq qeyd olunan elektron ünvanına göndərməlidir. Hər bir müəllif müsabiqədə maksimum 5 (beş) şeir ilə iştirak edə bilər.

Son seçim və dəyərləndirməni “I Şeir Müsabiqəsi”nin Ekspertlər Şurası aparır. Ekspertlər Şurası Təşkilat Komitəsinin (3 nəfər) və tərkibi tanınmış ziyalılardan ibarət Münsiflər Heyətinin (6 nəfər) üzvlərindən formalaşır.

Mətnlər 10 ballıq sistemlə dəyərləndirilir. Müsabiqənin üç qalibi(I yer, II yer, III yer) Ekspertlər Şurasının qərarından sonra elan edilir. Mükafatlandırılma və qaliblərin geniş ictimaiyyətə təqdim olunması Ekspertlər Şurasının son toplantısının qərarından sonra məlum olur.

Müsabiqənin qaliblərinə Fəxri Diplom və digər qiymətli hədiyyələr verilir.

Eyni zamanda “Uzun siyahi” yə düşən əsərlər, Ekspertlər Şurasının yüksək qiymətləndirdiyi əsərlər almanax şəklində nəşr olunur və geniş ictimaiyyətə təqdim olunur.

Müsabiqə ilə bağlı sizi maraqlandıran sualları merkezmusabiqe@box.az ünvanına göndərməklə cavab ala bilərsiniz.
XS
SM
MD
LG