Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:58

Amerika Suriya müxalifətini maliyyələşdirir?


Deraa şəhərində hökumətə qarşı aksiya, 9 aprel 2011
Deraa şəhərində hökumətə qarşı aksiya, 9 aprel 2011
"The Washington Post" qəzeti yazır ki, Amerika son 5 ildə gizli şəkildə Suriya müxalifətinə maliyyə yardımları edib.

Qəzet iddia edir ki, ABŞ Dövlət Departamentinin müxalifət dairələrinə yönəltdiyi həmin pullar əsasən Londonda yerləşən peyk kanalı – Barada TV-nin saxlanmasına xərclənib.

Barada TV 2009-cu ildə yaradılıb, amma Suriyada son kütləvi etirazları işıqlandırmaq üçün bu yaxınlarda fəaliyyətini daha da genişləndirib.

"The Washington Post" bu məlumatı yayarkən

WikiLeaks saytının məlumatlarına istinad edir

WikiLeaks Amerika diplomatlarının külli miqdarda məxfi yazışmalarını ələ keçirib.

Qəzet yazır ki, Suriya müxalifəti Amerikadan ilk maliyyə yardımını hələ ABŞ-ın sabiq prezidenti Corc Buşun zamanında almağa başlayıb.

(2005-ci ildə Amerika Suriya ilə münasibətlərini dondurmuşdu).

Barak Obama hakimiyyətə gələndən sonra da belə yardımlar davam edib.

Baxmayaraq ki, Obama administrasiyası həm də Əsəd hökuməti ilə əlaqələri bərpa etməyə cəhdlər göstərirdi.

"The Washington Post" yazır ki, ABŞ-ın Suriya müxalifətini hazırda da maliyyələşdirməkdə davam edib-etməməsi bəlli deyil.

Amerika rəsmiləri məqaləyə şərh verməkdən imtina ediblər

Bəzi müşahidəçilər isə məqalənin onlarda təəccüb doğurmadığını deyiblər.

İsveçrədə yaşayan suriyalı müxalifətçi blogger Xəlil Həbəş israr edir ki, Amerikanın Suriya müxalifətinə köməyi dəysə də, həmin pullar son 1 ayın kütləvi etirazlarının təşkilinə yönəlməyib.
Bəşər Əsəd

“Amerikanın konkret bir qrupa – məsələn Barada TV-yə yardım etməsi təəccüb doğurmamalıdır.

Həmin televiziya Müsəlman qardaşlığı təşkilatına yaxındır. Amma 6 milyon dollar pul hələ 2006-cı ildən verilməyə başlanıb - özü də böyük hissəsi elə ilk dövrlərdə.

Suriya hakimiyyətini 6 milyon dollarla yıxmaq mümkün deyil.

Özü də ABŞ konkret bir qrupa yardım edir, həmin qrupun isə Suriya ərazisində ümumiyyətlə təsir qüvvəsi yoxdur.

Suriyada indi baş verənlər xalq üsyanıdır, bu - Müsəlman qardaşlığı məsələsindən çox-çox böyük bir məsələdir”.

Amma Suriyada hökumət əleyhinə çıxan qüvvələr yəqin ki, belə maliyyə yardımlarını danacaqlar.

Həbəş deyir ki,

"The Washington Post"un yazdıqları müxalifətə ziyandır

“Bu müxalifət üçün pis xəbərdir. Suriya rejimi davamlı şəkildə belə rəy yaratmağa çalışır ki, burada hansısa xalq üsyanından söhbət gedə bilməz, baş verənlər xarici qüvvələrin Suriyanı dağıtmaq planlarından irəli gəlir. Belə xəbərlər Suriya müxalifətini gözdən salmaq üçün də istifadə edilə bilər”.

Bu arada isə Suriyada hökumət qüvvələri ilə etirazçılar arasında toqquşmalar davam edir.

Deraa şəhərində toqquşamalar. 8 aprel 2011
Əsəd bu günlərdə söz verib ki, ölkədə 50 ildir qüvvədə olan Fövqəladə Vəziyyəti ləğv edəcək.

Amma bu vəd də etirazları səngidə bilməyib.

Yerli hüquq müdafiəçilərinin yaydıqları məlumata görə, təhlükəsizlik qüvvələri Homs şəhərində azı 8 aksiyaçını qətlə yetiriblər.

Etirazlar yerli qəbilə başçısının həbsdə ölməsindən sonra baş qaldırmışdı.


Şahidlərin dediyinə görə, Homs yaxınlığında dəfn mərasimi keçirən kütləyə atəş açılıb.

İndiyəcən etirazlarda 200-dən çox adam ölüb.
XS
SM
MD
LG