Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:57

Rəsmi Bakının Avropa komissarına cavabı, ADNA işində növbəti sensasiya və...


Mətbuat icmalı
Mətbuat icmalı
«AZƏRBAYCANDA FİKİR VƏ SƏRBƏST TOPLAŞMA AZADLIĞI İLƏ BAĞLI BİR PROBLEM YOXDUR»

«Yeni Azərbaycan» qəzeti. Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov 17 aprel aksiyası ilə əlaqədar Avropa İttifaqı komissarının adından yayılmış bəyanata münasibət bildirib.

«Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarının 17 aprel aksiyası ilə bağlı dərhal verdiyi bəyanat bəzi qeyri-dəqiq məlumatlara əsaslandığından həqiqətə uyğun deyil və proseslərə ədalətli mövqe nümayiş etdirmir», - deyə N. Məmmədov bildirib.

«Jurnalistlərin fəaliyyətinə gəldikdə isə, onların öz peşələri ilə məşğul olmağına məhdudiyyət qoyulmur, onlar öz hüquqlarından tam istifadə edirlər. Müxalifətin qanunvericilik çərçivəsində toplaşması və dinc aksiya keçirməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yerlər ayrılıb və bu barədə rəsmi məlumat verilib. Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar və qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqdir və onları yerinə yetirir. Qeyd etmək lazımdır ki, ölkədə gedən proseslərə adekvat olmayan mövqelərin bildirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında formalaşmış əməkdaşlığın ruhuna ziddir».

«ADNA İŞİNDƏ NÖVBƏTİ SENSASİYA»

«Bizim yol» qəzeti: Dövlət Neft Akademiyasında baş verən kütləvi qətldə təqsirli bilinərək ömürlük və 11 il cəza alanların apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Vəkillərdən biri Hüseynxan Mustafayev bildirib ki, rəsmi qurumlar cinayətin erməni əsilli Gürcüstan vətəndaşı Martun Qumaşiyanın sifarişi ilə törədildiyi bildirilsə də, ona nə cinayət işi açılıb, nə də onu beynəlxalq axtarışa veriblər:

«Martun Qumaşiyanın axtarışda olması barədə Gürcüstan hüquq-mühafizə orqanlarına sorğu göndərmişəm. Gürcüstan tərəfi belə bir şəxsin axtarışa verilməməsi barədə mənə rəsmi cavab verilib. Bundan başqa, Martun Qumaşiyanın axtarışda olması barədə Interpolun Bakı bürosuna da müraciət etdim. Lakin Interpol onun axtarışa verilmədiyini bildirdi. Qanuna görə, Martun Qumaşiyan vətəndaşı olduğu ölkənin məhkəməsində mühakimə edilə bilər», - deyə qəzet yazır.

«RAMİZ MEHDİYEVİN TƏBLİĞAT FİASKOSU»

«Azadlıq» qəzeti yazır ki, son günlər hakimiyyətin nəzarətində olan telekanallarda və mətbu orqanlarında müxalifətə qarşı aparılan kampaniyanın forması dəyişib. Qəzet bunu ABŞ səfiri Metyu Brayzanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşündən sonrakı vəziyyətlə əlaqələndirir.

«Görünür, fövqəladə hallar naziri də İlham Əliyevi inandıra bilib ki, hakimiyyətin mövqeyi yanlışdır. Görünür, iqtidar ideoloqları da özləri üçün ayrıca araşdırma aparıblar və nəticədə onların xeyrinə olmayıb. Müxalifətin Qərb dairələri ilə əlaqələndirilməsi isə hakimiyyətin daha çox əleyhinə işləyib. Güman ki, nəhayət hakimiyyət bunu anlayıb və kampaniyanın formasını dəyişmək qərarına gəlib» - deyə qəzet yazır.
XS
SM
MD
LG