Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:04

“Qurultayı çox arzulayanlara bu mesajı çatdırırıq...”


"Yəqin ki qurultay bu il yox, gələn il baş tutacaq.

Bölgələrdən nümayəndələrin seçilməsinə payızda başlasaq, bu ilin axırına proses ancaq başa çatar.

Ən yaxşı halda qurultay gələn ilin yazında baş tuta bilər. Ona görə də, çox arzulayanlara bu mesajımızı çatdırırıq...”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Yazıçılar Birliyinin Gənclər üzrə Katibi Rəşad Məcid təşkilatın qarşıdan gələn qurultayına hazırlıqlarla bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hələlik qurultayqabağı məruzələr dinlənilir. Bundan başqa rayonlarda görüşlər keçirilərək nümayəndələr seçiləcək.

Qurultayda təşkilata sədr seçkisinə gəlincə R. Məcid deyib ki, bu məsələlər də qurultay ərəfəsində dəqiqləşəcək: “Sədr məsələsi də qurultay ərəfəsində müzakirə olunacaq. Mən fikirləşirəm ki, əgər Anar müəllim namizədliyini verəcəksə, birmənalı şəkildə daha çox səs yığıb Yazıçılar Birliyinin sədri olacaq.

Əgər Anar müəllim namizədliyini verməyib, geri çəkiləcəksə, o zaman onun sözünün xüsusi əhəmiyyəti olacaq və namizədlər ətrafında geniş müzakirələr aparıla bilər. Kimsədə yatıb yuxuda özünü Yazıçılar Birliyinin sədri görürsə, bunu mən çox gülüş və ironiya ilə qarşılayıram” .

R. Məcid təşkilatın “Ulduz” jurnalına rəhbərlik edən yazıçı-dramaturq Elçin Hüseynbəylinin də sədrliyə namizəd ola biləcəyi haqda xəbərlərə gəlincə “O da, elə arzulayır”-cavabını verib.
XS
SM
MD
LG