Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:18

Hüsnü Mübarək hərbi həbsxanaya köçürüləcək


Misirin keçmiş prezidenti Hüsnü Mübarək hərbi həbsxanaya köçürüləcək. Bu qərarı bazar günü Misirin baş prokurorluğu verib.

Bundan əvvəl isə Mübarəkin Qahirənin Torah həbsxanası xəstəxanasına köçürüləcəyi bildirilirdi.

Hüsnü Mübarək xəstəxanaya aprelin 13-də ürək tutması ilə düşmüşdü. Sonradan ona və oğlanlarına qarşı ittiham irəli sürüldü. Onlar korrupsiya və hökumət əleyhinə etiraz aksiyaları keçirən adamların ölümündə təqsirli bilinirlər.
XS
SM
MD
LG