Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:23

Dastani-Əhməd Hərami (2)


əvvəli

Güləfrux aydın ana: göstər anı,
Görəyin bən dəxi bir eni kanı.
Dedigin dənlü varmıdır görəyin,
Əgər canum sevə, gönül verəyin.
Dedi xatun: yürü var köşkinə çıx,
Qamu pəncərələrin eylə açıq.
Bən ol məhbubənin əlin alayın,
Sənin həzrətinə qarşu gələyin.
Təfərrüc eylə köşkündən görəsin,
Necə məhbubədir ol can parasin.
Güləfrux şah yuxaru taxta çıxdı,
Açıb pəncərələrin taşra baxdı.
Alır xatun Güləndamın əlini,
Gəlir sərvi dalı kibi salını.
Sanasan tavus idi bağ içində,
Ya huri qızıdır uçmaq içində.
Boyu bənzər idi sərvi, çinarə,
Yüzü gülə, yanağı güli-narə.
Güləfrux gördi çün anın camalın,
Təfərrüc qıldı ol hüsni-kamalın.
Güləndam gönlün anın qıldı yəğma
Güləfrux şahə düşdi eşqi-sevda.
Yenə xatun alıb getdi nigarı,
Güləfruxun gedər səbri, qərarı.
Haman dəm dayəsini dərib idi,
Alın, gəlin anamı bura, – dedi.
Oxudular anası gəldi şahə,
Görür oğlanı düşmüş dürlü ahə.
Dedi: ana görüb sevdim bən anı,
Anın eşqi bulubdur könlü, canı.
Bu dərdin de nədür nəyə sataşdın
Ki, bu eşq oduna yanıb tutaşdın.
Bir-iki ay səbr eylə görəlim,
Atasına da xəbər göndərəlim.
Eşitsin atası dəxi sevinsin,
Qızının qüssələrindən avınsın.
Güləfrux der: bıçaq sögügə irdi,
Nə səbr edəm, çü fürsət ələ girdi.
Bir iş var kim, anı təcil edərlər,
Bir iş var kim, anı təcil edərlər.
Çü xatun oğlunu gördi bu halda,
Gönül getmiş, gözü qalmış xəyalda.
Şoluq saət genə gəldi saraya,
Nigarilə oturdu bir araya.
Dedi: ey xubların cananı sənsən,
Gəlin edinirəm səni, nə dersən.
Məsəldir sevəni sevmək gərəkdir,
Eyi niyyətlərə irmək gərəkdir.
Güləndam bunların fikrini bildi,
Baş aşağı əgib fikirə daldı.
Həyasından qızardı, eylə tərlər,
Sanasan kim, gülə düzüldü dürlər.
Dönüb dedi kim ey xatuni-sərvər,
Hüma idim vəli uş tökmüşəm pər.
Qəribəm, miskinəm, şimdi yetiməm,
Ana layiq olası bən degiləm.
Xüsusən kim bənə bir kişi düşman,
Əgər bulsa bəni heç verməz aman.
Ola kim, aqibət bir gün gələ ol,
İkən zalimdürür bir iş qıla ol.
Bənim ucumdan ol şəhzadəyə bir
Ələm irişə, budur fikri-tədbir.
Bənim xod bu fəraqum bənə yetər,
Mərəz ola içimə dəxi betər.
Dedi xatun: nə canı var gələ ol
Ki, bizim qapımıza ol bula yol.
Əgər qul oluban uçar olursa,
Dənizlər aşıban keçər olursa.
Gəliməz bunda ey xublar güzini,
Keyik basmaz olu arslan izini.
Güləndam dəxi söyləmədi təkrar,
Həqiqət dinməməklik olur iqrar.
Rəvan muştıladılar şaha anı
Güləfrux eşidib şad oldı canı.
Buyurdular yarağ edin dügünə,
Xəbər oldu dükəli elə, günə.
Ulu, kiçi anı qamusu bildi,
Dügün qutlulamağa cümlə gəldi.
Bədəxşanın şahı həm anda gəldi,
Güyəgüyə də anda sağdıc oldı.
Ulu bəylər qamu keçdi oturdu,
Nəqiblər ol saat xonlar gətirdi.
Yeməklər gəldi anda dürlü əlvan,
Dənə, pirincü zərdə hübbi-rəmman.
Gərəkcə bişdi qəlyəvü boranı,
Şu dənlü dökdilər yoxdur oranı.
Gəlir danəvü irişir hərisə,
Dəxi zərdəvü hər nə aş ərisə.
Keyik və davşan, kəklik əti bol
Qonuldu dörd yana xoş sağ ilə sol.
Dolu nemət gümüş, altun çanaqlar,
Sinilər, təpsilər, bir-bir tabağlar.
Buna bənzər dəxi çox dürlü meyvə
Şəkər, badam, gülabü şirü xurma.
Çalınırdı neyü dəmburü tənbur
İçilir idi dolu abi-əngur.
Yemək-içmək, dəlim işrətlər oldu,
Söz ögüş, qırx dünü gün toylar oldı.
Tamaşavü dügün söhbətlər oldı,
Dügün axıra irdi və dağıldı.
Güləfrux ol gecə gərdəgə girdi,
Güləndam ikram edib duru gəldi.
Zehi dövlət bu gəz buldı iki şah,
Günəş qoynuna girdi ol yüzü mah.
Cəvahir mədəni gəncə sataşdı
Dirəksüz bir gülü gülzara düşdi.
Buluşdu bülbül ilə gülstanı,
Soruşdu tutilə şəkkərstanı.
Sanasın anların firiştə biri,
Biri sankim behişt içində huri.
Çü hər ləzzət ki bal yağa qarışdı,
Öpüşdivü qucuşdıvü sorışdı.
Dolaşdı sərvi dalına sənubər,
Buluşdu ol iki bədri-münəvvər.
Sabahadək bular heç gözlərini
Uyumadı yumub nərgizlərini.
Münəvvər oldu cümlə sübhi-sadiq
Vühuşə gəldi çün insani-natiq.
Qamu bəylər görü qapıya gəldi,
Divan bağlandı və cümlə cəm oldi.
Güləfrux şah süvar oldı atına,
Bilə sağdıcı həmmam niyyətinə.
Gəlib həmmam içində yundılar xoş,
Çün işlər hasil oldu döndilər xoş.
Güləfrux şah saraya geri gəldi,
Gülə-gülə əlin-əlinə aldı.
Əl alışıb yenə taxta çıxarlar,
Yenə eşq odunu canda yaxarlar.
Qonuşdu şəms ilə çün mahi-taban
Biri Bilqeys, biri sankim Süleyman.
Buyurdu çünki qonaqlar oturdu
Müğənnilər əl əbrişimə urdu.
Gəlir ağazə dürlü sövti-pərdə
Eşidənlər bulur dərmanı dərdə.
İraqü İsfahan, Novruzu Şahnaz
Edərdi bir-birinə iki şah naz.
Nühuftivü Hüseynivü Hicazi
Dilə gəlib çalardı dürlü sazi.
Həm on iki məqamı seyr edərlər
Dəvazdəvü şeşüni deyr edərlər.
Nəhüft eyləyibən çəngi dizildi,
Qopuzu şeştə avazı düzildi.
Dühəng avazının vəzni bəlirdi,
İnilti ilə nay nəfrin qılırdı.
Şu kimsələr çalardı udi, təmbur
Gözəl məhbubələr hər birisi hur.
Beş-on gün çün bular işrətlər etdi
Eşit gəl məniyi, anla ki, netdi.
Məgər bir gün Güləndam aydar: ey şah,
Bilib sirrini bəndən olgil agah.
Buyur kim, bir ulu köşk eyləsinlər,
Xanalar biri bir üzrə qosunlar.
Dəxi qırx ayaq olsun nərdibanı,
Dəlim tərtib ilə düzsünlər anı.
Ayaqdan-ayağa bir qul otursun,
Əlində hər biri hərbə götürsün.
İki süffə yapılsın taş qapuda,
İki arslan müdam dursunlar anda.
Bir-iki qul da anda hazir olsun,
Ol arslanlara daim nazir olsun.
Bu iş bitməzsə, könlüm sakin olmaz,
Yüzüm gülərsə, canım bil ki, gülməz.
Gecə-gündüz bizi xoş bəkləsinlər,
Həraminin şərindən saxlasınlar.
Güləndam çünki bu sözləri dedi,
Güləfrux şah anın qeydini yedi.
Buyurdu çünki memarlar dərildi,
Bir ulu köşk içün bünyad uruldu.
Gecəvü gündüz ustadlar duruşur,
Yaxın gündə tamam olur irişür.
Yuca, möhkəm, mürəttəb xoş düzildi,
Müsəvvər nəqş içi, taşı yazıldı.
Əzildi lacivərd ilə dəlim rəng,
Müzəhhəb işləri görən qalır dəng.
Xətayi yaprağilə Rumi şəmsə
Yazıldı görmədi ol rəsmə kimsə.
Həm altun idi hər bir pəncərəsi,
Ağ incidən bəzəndi hər yörəsi.
Füsuskari döşəndi fərşi düpdüz.
Kim, anın kibi sənət görmədi göz.
Qızıl, altun idi həm şadrəvanı,
Gümüş hövza axar anın rəvanı.
Zəbərcəddən həm ördəklər düzildi,
Kənarına suyun çevrə dizildi.
Müsənniflər dəlim rəsm urmuş idi,
Hərirdən pərdələr kim gərmiş idi.
Nə kim göz var idi həp (si) quruldu
Tamam oldı və həm bünyad uruldu.
Güləfrux şah Güləndam ilə şadan
Çıxar köşkə ol iki mahi-taban.
Görürlər cümlə iş yerli yerincə,
Bin artuq oldı anlar dedigincə.
Bu tərtibi görüb şadı qılurlar,
Gəzib seyran edib gerü gəlürlər.
Bu məclisi bu yerdə qəsr edəlim,
Bu gəz beşinci məclisə gedəlim.


MƏCLİS – 5

Yenə Əhməd Həramidən xəbər bil,
Nitə oldı həkayət anla, aqil.
Nədir anlayasan anın zavalın,
İşi, gücivü feli-fitnə halın.
Oturmazdı gecə-gündüz, arardı,
Güləndamı nə bulurdı, nə gördi.
Nə üşənərdi, nə yoldan azardı,
Bulam deyü Güləndamı gəzərdi.
Qərar eyləməyib dün, gün gedərdi,
Nigarına yavuz əndişə edərdi.
Gedərməzdi dilində kibri, kini
Kin əhlidir yıxanlar mülki, dini.
Der idi: gər anı bir göz bulaydım,
Ana bən bilir idim nə qılaydım?!
Əgər ol sehrilə aya sağarsa,
Əgər Zöhrə olub gögə ağarsa.
Can əlimdən bənim ol qurtaramı,
Məgər bən degüləm Əhməd Hərami!
Bunu böylə deyib gəzərdi düpdüz,
Arardı elləri dünilə gündüz.
Zehi bədəslü murdar guri-məğbun,
Haramzadə, füzul, məhrumi, məhzun.
Oda yanıcı düşmən, yil qoyucu,
Ətini dişləyüb göksin urucu.
Deməzdi kim, olan oldı və getdi,
O kindarlıq eşit kim ana netdi.
Yamanlıq sansa bir kişi işinə,
Son ucu sandığ gəlir başına.
Məsəldir kəndi düşən ağlamaz, der,
Axan dəryayı kimsə bağlamaz der.
Tamam bir yil aradı ol, nigarı,
Lətifü simi tən ol gülüzarı.
Kiməsnədən xəbər almadı hərgiz,
Necə kim istədi, bulmadı hərgiz.
Eşidilmədi andan bir avazə
Yolu bir gün məgər irdi Şirazə.
Görür kim şəhr içində bir ulu bağ,
Yemişlər dopdolu axardı irmağ.
Dolu reyhanü nəsrinü çəmənlər
Bitibdir dürlü nərgizlər, səmənlər.
Hərami ol bağı qaçan ki gördi,
Enib atdan gəlib içəri girdi.
Buluşdu bağban ilə görüşdü
Biri birisinin halın soruşdu.
Dilər kim bir xəbər andan alaydı,
Güləndamı nə yerdədir, biləydi.
Şoluqdəm bağban süfrə gətirdi,
Gəlibən keçdi dizbədiz oturdu.
Bunun ilə yeyərək söyləşərək,
Bir-iki söz gəlici əyləşərək.
Hərami aydır: ey yari-yeganə,
Soruncam var gətirəyim lisanə.
Bu şəhrin kimdürür ayt padişahi,
Bu xəlqin kim olur miri-sipahi?
Aytdı bağban, ey mərdi-mərdan,
Eşitgil kimdürür bu şəhrə sultan.
Bizim əvvəlki sultanımız öldü
Güləfrux oğlu kim anın şah oldu.
Ögüşdür ədli, şakir xəlq andan,
Qamu xoşnuddürür kafir-müsəlman.
Dedi: oğlanmı, yigit, ya qocadur,
Ya ərgənmi, ya evli, hal necədür?
Aytdı kim hənuz oğlandır, ey yar,
Yaşı on səkkizində, ey vəfadar.
Tamam bir yil olubdur evlənəli,
Güləndamı sevibən ol alalı.
Dedi: kimin nəsin alıbdurur ol,
Kimin qızına cift olubdurur ol?
Aytdı: şahi-Bağdadun qızını
Alıbdurur sevibdir xub yüzünü.
Dedi kim, nə səbəbdən aldı anı?
Arayıbən ya qanda buldı anı?
Aytdı kim, anı sən anlar isən,
Deyəyin vəsfi-halın dinlər isən.
Anı bir al ilə hərami almış,
Tamam bir yil anın ilə dirilmiş.
Atasından ayırmış bir gün ani
Atası bilməmiş nədir məani.
Alıb varıb anı çarmuxa gərmiş,
Nagah bir qafilə üstinə irmiş.
Alıban ol həraminin əlindən,
Gögərçini toğanın misqalından.
Gəlir son ucu bu şəhri-Şirazə.
Görür şahzadə anı tazə-tazə.
Əsildə həm ulu, həm hüsnü kamil,
Dəxi zirəkü hər dəm ağlı kamil.
Göricək yüzini bin canü dildən,
Güləfrux sevdi anı bin gönüldən.
Dügün eylədi, kəbin etdi aldı,
Əcəb budur anı həm bikr buldı.
Bədəxşan şahı sağdıc oldı ana
Qulaq ur deyəyin vəsfini sana.
Güləfrux buyurur kim tez oluqdəm
Ki, bir köşk yapdururlar yuca möhkəm.
Nə aydam ki, necə düzdilər anı
Eşitdüm qırx ayaqdur nərdibanı.
Hər ayağında birər qul oturur,
Əlində qılıcü hərbə götürür.
İki arslan qapuda əgrəşirlər
Biri-birinə qarşu igrəşirlər.
Əgər nərrə dev olursa, gör anı,
Çəkər, yırtar, həlak edərlər anı.
Hərami gələ deyü ehtiyat yer,
Anın içündürür düzgün qamu der.
Nagah bir gün ki, ansız gələ derlər,
Gecə-gündüz anun qeydini yerlər.
Həqincə dinlədi bir-bir HƏrami,
Bu gəz buldu yenə ol niknami.
Sevindi, dərisinə sığmaz oldu,
Gönüldən qüssə getdi, şadi gəldi.
Görün ol zalimi nə qəsd etdi,
Atına bindi, dağa doğru getdi.
Varır dağda bulur avçı yigitlər
Avı xod xoş bilur avçı yigitlər.
Çıxardı verdi altun bulara,
Dönübən söylədi ol avçulara.
Dedi: iki diri keyik gərəkdir,
Tutu verin bənanı tizrəkdir.
Yayıldı ol yigitlər cümlə dağa
Şikar istəyü baxup sola, sağa.
Söz öküş, iki keyiki tutarlar,
Ağır baha ilə ana satarlar.
Geyik çün əldə kirdi geri döndi,
Gəlib şəhr ucuna bir yerə qondu.
Dünün yarısına dəgin oturdu,
Şu dənli kim qamu xəlqi yaturdu.
Duru gəldi yenə könli qərarı,
Dəxi heç qalmadı səbri, qərarı.
Yaraqlandı, bəlikləndi, donandı,
Yüzi qarardı, gözi qana döndi.
Qılıc quşandı ol dəmdə belinə,
Görün kim nə gəlir anın yoluna.
Geyiklərin ayaqlarını bükdi,
İki qoltuğına anları aldi.
Gönüldi girdi ol qəza yoluna,
İşin bilməz kişi sonra yoluna.
Sürüb ol nabəkar çün köşkə gəldi,
Həyətin qapısını çünki buldı.
Yenə əfsununu oxudu ürdü,
Qapu açıldı, ol içəri girdi.
Arslanlardan yana yüz tutdu getdi,
Qaçan kim anların qatına yetdi.
Olar dilərdi kim, həmlə edələr,
Bunu qıynağilə yırtıb didələr.
Geyikləri şoluqdəm atı verdi,
Buların həmləsin üstündən ərdi...
Ol arslanlar geyikləri göricək
Müqəyyəd olmadı ana giricək.
Geçər andan girir qullar qatına,
Tana qaldı buların heybətinə.
Ol oturaqda kim qullar oturmuş,
Qılıcı hərbələr əldə götürmüş.
Kimi yalın bıçaq əlinə almış,
İşində hər birisi hazır olmış.
Bir əfsun oxuyub torpağa ürdü,
Buların üstünə anı sovurdu.
Qamusu uyquya vardılar anlar,
O qırx sərhəng yaraqlu oturanlar.
Aşağa duranın kəsdi başını,
Görün bu çərxi-qəddarın işini.
Onu qoydı, birisin dəxi kəsdi,
Qana qərq oldi nərdübanın üsti.
Birisinün boğazın yenə tutdu.
Boğazladı anı götürdü atdı.
Qamusunu buların şöylə gözlər,
Kimin boğar və kimini boğazlar.
Söz ögüş, biri-bir buları qırdı,
Tənindən başların cümlə ayırdı.
Buların dirligini çünki yıxdı,
Rəvan kəndi yuxarı göşkə çıxdı.
Çün ol qırx kişinin qanını içdi,
Yuxaru çıxdı köşk qapusun açdı.
Dilər idi girəcəgiz bulara,
Ura idi şoluqdəm zəxmi yara.
Güləndam ilə şahı öldürəydi,
Dəxi hər kimi bulursa qıraydı.
Bu xişmilə içəri girdi ol it,
Sərəncamı nəyə irişdi, eşit.
Məgər düş görür ol gecə Güləndam,
O düşün heybətindən titrər əndam.
Bu idi gördügü düş ol nigarın,
Görür bir qara it gəzər kənarın.
Gəlibən xişm ilə üstünə durdı,
İsıra idi, yəni kim dalardı.
Ayağından Güləndam iti dutdı,
Yerə çaldı, götürdü taşra atdı.
Güləndam qorxdu, bəlinər oyanur,
Anın ciyərinə qorxu boyanur.
Dedi kim, ey kərim, xeyr et düşümi,
Gönüldən sən gedirgil təşvişümi.
Bunu dedi, gözindən axdı yaşı
Yenə söküldü ol dəm bağrı başı.
Güləfrux aydır: ey dildari-məstur,
Nə sözdür bu dedigin ağlını dur.
Hələ bir dəm düşi təkrir edərdi,
Yenə xeyrə yorub təbir edərdi.
Yenə qəflət basar bunlar uyurlar,
Görür həm çox əcəb dürlü seyirlər.
Qapuyu çünki açdı ol Hərami,
İçəri girdi, qalmadı arami.
Yalın qılıc əlində əjdəhadur,
Həramidir, vəli gürbüz bəhadur.
Şəfaətsüzdürür yoxdur amanı,
Nə din bilir o zalım, nə imanı.
İmanlu kişidə olur şəfaət.
İmansuzda nə din var, nə dinayət.
Yapışdı ol nigarın çün əlinə,
Ki, yəni qəsd edə ol can gülinə.
Bəlinlədi nigari huri sani,
Görür üstində durmuş ol zəbani.
Güləndama dedi kim, nə durursan,
Bən Əhməd Həramiyi kim görürsən.
Əlimdən can qaçan qurtarasan sən,
Di imdi eylə başun çarəsin sən.
Doquz yoldaşımın kəsdin başını,
Həlak edib bitirdin həm işini.
Səni bən dəxi alayın, gedəyin,
Nə kim sən bənə etdün, bən edəyin.
Gözünə qarşu bunı öldürəyin,
Bənə etdigin işi bildirəyin.
Güləndam aytdi kim, bunun suçu nə?
İşi etmək gərək layiq suçuna.
Nə sən bunu bilirsən, nə səni bu,
Ər isən, bəni öldürgil, bunu qo.
Hənuz bu idi qullarını qırdın,
Qeydsiz gəldin uş saraya girdin.
Hərami aydır: imdi yatma tez dur,
Nə işləyəm bu yolda sənə bir gör.
Gərək bu dəm səni alam gedəm bən,
Nə üçün bu yigidə qəsd edəm bən.
Turu gəldi Güləndam key pərişan,
İçində dərd odu, cigər dolu qan.
Ol aradan fəraq ilə gönüldi,
Əzəl bəzmində anə ol sunuldi.
İçindən geçirir dərd ilə ahın,
O dərd odundan əriyəydi ahən.
Dedi kim ey xudaya, dərdiməndəm,
Mədəd qıl bən zəifə, müstəməndəm.
Bu gün bənə bu verməz heç amanı
İlahi, bəndən ayırma imanı.
Bunu der, axıdur yaş göynə-göynə...
O Güləndami-xub, ol yüzi ayna.
Hərami öncə, ardınca Güləndam
Qılınc əldə dutub gedər o bədnam.
Yuca tanrı kərimdir, işlər işlər,
Xeyirli qulların xeyrin bağışlar.
Gələlim biz Güləndamın sözinə,
Biləsən vəsfi-halı nə, sözi nə?
Gəlirlər, nərdibanın çaq başinə,
Qulaq ur sən Güləndamın işinə.
Təvəkkül eylədi ol dəm həqə çox,
Baxar çevrəyə, kimsədən mədəd yox.
Yüzün döndi, həqə qıldı niyazı,
Münacat eylədi, dinlə bu yazı:
Sığındım sən kərimü kirdigarə
Kərim, işi kərəm pərvərdigarə.
Bu gəz altıncı məclisə girəlim,
Güləndam nə qılır anı görəlim.


MƏCLİS – 6

Dutub can qulağın bu sözü dinlə,
Nəyə varur bu işin sonu anla.
Güləndam usunu başa gətirdi,
Həqə sığındı, gör nə iş bitirdi.
Rəvan ol qırx ayaqlı nərdibandan
İtər Həramiyi yayaq andan.
Uçurdu yer yüzünə ol hərifi,
Zi gənc arslan, dilavər gör zərifi.
Çü sürüçdi ayağı ol nabəkarın,
Yürəginə su səpildi nigarın.
Gəhi başı dönər, gahi ayağı,
O gedişdə kişi nedər dayağı.
Yerə toxundı ol dəm endi çün baş,
Dağıldı oldı benyi xurdi xaşxaş.
Canın ismarladı cəhənnəmə ol,
Paralandı ayağı, başı, əl, qol.
Nə kim etmişdi, imdi tanrı verdi,
Güləndamı muradına irirdi.
Kişi yavuz işə etsə bünyad,
Son ucu andan alır haqqın ustad.
Qaçan kim dadını aldı Güləndam,
Güləfrux şaha gəldi ol dilaram.
İrib təcil ilə içəri girdi,
Hənuz dəxi Güləfrux şah uyurdi.
İkən qəflətdə uyğu tutmuş idi,
Bu halı duymadı nə etmiş idi.
İkən xoş oldu kim duymadı anı,
Görüb ol zalımı ürkmədi canı.
Güləndam gəldi aydır: hey dur əxi!
Həramiyə nələr etdim gör axı.
Güləfrüx şah aydır: ey nigarım,
Dəl oldun olamı, gözü xumarım.
Sənə ertə bitilər yazdırayım,
Həkimə dəxi şərbət düzdürəyim.
Xəyalındır ki qorxarın həmişə,
Bu sözə insan ağlı nə irişə?!
Güləndam aydır: imdi dur, görəsən,
Bənə andan bitilər yazdırasan.
Çıxar görür nə qul var, nə rəiyyət
Dönüb sordu ki, hey, nədir hekayət.
Güləndam söylədi kim, ol bədəxtər,
Yüzü qara Həramiyə – qara ər.
Nə kim bəkçi qulun var idi, qırmış,
Gəlüb ta kim səri qatıma girmiş.
Uyur ikən səni döşəkdə qoydum,
Səni sığındığımdan ana uydum.
Bəni alıb gedərkən nagəhani,
Başından nərdibanun itdim ani.
Haman ol dəm yıxıldı, endi andan
Küpürdisin eşitdüm bir zamandan.
Müdara əhlidir, sehri dəlimdir,
O ki məkkar kişidir, həq alimdir.
Dirimi, ölümi bilməzəm anı
Nədir bilmək gərək ol qəltəbanı.
Güləfrux xəlqinə ol dəm çığırdı,
Yaraqlanın gəlin, – deyü qığırdı.
Yaraqlandı eşidən anda gəldi,
Qapıda cümləcigi hazır oldi.
Yaxıban şəmdanlar, gördü anlar,
Ol arslanlar keyik yer gördü anlar.
Təəccüb eyləyib cümlə dururlar
O qulların halın anda görürlər.
Qoyun kibi qırılmış yatır anlar,
Rəvan axar idi sel kibi qanlar.
Hərami olmuş idi xurdi, xaşxaş,
Nə qol qalmış, nə bud qalmış, nə xod baş.
Dizildi xalq həraminin qatinə,
Tana qaldılar anın qamətinə.
Güləfrux anı gördi, oldı həm şad,
Çü düşmən öldi qəmdən oldı azad.
Buyurdı tez nəqarələr urıldı,
Xəbər oldı üç şəhrin xəlqi gəldi.
Sevinib cümləsi şadan olurlar
Yüz uruban həqin şükrin qılırlar.
O gecə sübhədək işrət edərlər,
Sabah olucağız gör ki, nedərlər.
Başın Əhməd Həraminin kəsərlər,
Dəxi gövdəsini bürcə asarlar.
Alıb bəylər başın meydanə çıxdı
Nişan içün qabaq yerinə dikdi.
Tamaşayı görür ol gün əmirlər
Ulu, kiçi, sipahilər, vəzirlər.
Oxa dikdilər ol düşmən başını,
Son ucu noldu gör anın işini.
Yavuz sanıları başına gəldi,
Nə kim sanırdı xəlqə, kəndi buldu.


LÜĞƏT

A

Abi-əngur – üzüm suyu,
şərab
Ağaz – başlama, başlanğıc
Ahən – dəmir
Aqı – zəhər
Al – hiylə, sülalə
Arəstə – bəzənmiş, bəzəkli
Arı – saf, təmiz
Aytmaq – demək, söyləmək
Azim – yola düşən, niyyət
edən

B

Bədəxtər – bədbəxt, uğursuz
Bədnam – pis ad qazanmış
Bədr – on dörd gecəlik ay,
bütöv ay.
Bəliklənmək – silahlanmaq
Bəlirmək – zahir olmaq
Bəşarət – şad xəbər, gözaydınlığı
Bəzirgan – tacir
Bəzm – qonaqlıq
Bilim – məlumat, elm
Bilirvən – bilirəm
Birin-birin – birər-birər,
sıra ilə
Birlə – bərabər, ilə
Biti – nüsxə, dua
Bünyad – təməl, əsas
Bürqə – üz örtüyü, rübənd

C

Cəbə – zireh
Cövşən – zirehli
Cüda – ayrı
Cüft – qoşa, cüt
Cünbüş – hərəkət, görünüş

Ç
Çalınmaq – vuruşmaq, çarpışmaq
Çav – şöhrət, şan, ün
Çələb – tanrı
Çərx – fələk, dövran, dolanma
Çəri – əsgər
Çü – çünki, elə ki
Çüst – yeyin, çevik

D

Dad – intiqam, qisas
Deyəvən – deyəyim, söyləyəlim
Dəgirmək – xəbər aparmaq
Dəlim – çox, bol
Dəng – huşunu itirmiş, baş
ağrısı
Dənli – bol
Dəstur – icazə, göstəriş
Digərgün – başqa cür, alt-üst
Dil – ürək
Dilaram – gözəl, ürək rahatlığı
Dilavər – igid ürəkli
Dinayət – dini ehkama itaət
Diriğa – əfsus, heyf olsun
Dişi – qadın
Divani xətt – fərman və baratların
yazıldığı xətt növü
Donatmaq – geydirmək
Dun – alçaq, rəzil
Dün – gecə
Düş – röya, yuxu
Düşvar – çətin
Düvazdə ün – on iki səs, on
iki musiqi muğamı

Ə

Əbrişim – ipək
Əbsəm – dilsiz, lal
Əbtər – övladsız, sonsuz,
faydasız
Əgrəşmək – əyləşmək, oturmaq
Əkabir – böyüklər, ulular
Əndişə – düşüncə, fikir
Ər – igid, qəhrəman
Ərən – igid, qəhrəman
Ərisə – əriştə
Ərməğan – hədiyyə, töhfə
Əsən – sağ
F
Faş etmək – yaymaq
Fələk peymanəsi – ölüm şərabı
Fəraq – ayrılıq
Filhal – bu saat, tez
Firiştə – mələk
Füsuskari – al-əlvan daşlarla
bəzəmək, mozaika

G

Gələci – söz-söhbət
Gənc – xəzinə
Gərdun – dolanan, dönən,
tale
Gəz – dəfə
Giryan – ağlayan
Gönlünü görmək – razılığını
almaq
Gönülmək – getmək, çıxmaq
Görə duran – görüb duran
Görklü – gözəl, görünüş
Göz – çadır, yurd
Gur – çöl eşşəyi, qəbir
Gürbüz – qüvvətli, sağlam,
qorxulu
Güzin – seçən, bəyənilmiş

H

Həlalı – qadını, zövcəsi
Hənuz – hələ, indi
Hərami – quldur, oğru
Hərbə – qısa süngü, balaca
nizə
Hərgiz – heç bir zaman, heç
bir vaxt
Hərir – ipək
Həyy – diri, canlı
Həzar – min
Hüma – dövlət quşu
Hüseyni – bir musiqi muğamı

X

Xab – yuxu
Xadim – hərəm ağası, qulluqçu
Xas – xüsusi, seçilmiş
Xəsm – düşmən
Xişm – acıq, qəzəb
Xoca – tacir, varlı
Xod – öz, özü
Xon – süfrə
Xoryad – çirkin, kifir
Xu – xasiyyət
Xub – yaxşı
Xun – qan
Xurşid – günəş
Xülq – xasiyyət, təbiət

İ

İçi acıldı – yazığı gəldi
İgin – qorxunc, çox təhlükəli
İkram – hörmət, təzim
İqlim – ölkə
İlində – önündə
İltər – yetər, çatar
İnayət – yaxşılıq, kömək,
mərhəmət
İraqi – bir musiqi muğamı
İralmaq – ayrılmaq
İrmək – çatmaq, qovuşmaq
İsfahani – bir musiqi muğamı
İvmək – tez, cəld

K

Kan – mədən
Karlanqın – quş adı
Key – çox, yaxşı
Kəm – az
Kəmin – pusqu
Kəndi – özü
Kibr – böyüklük, qürurlanma
Kiçi – kiçik
Kirdgar – Allah, Tanrı
Kiş – oxqabı

Q

Qafilə – karvan, atlı dəstəsi
Qağan – qəzəbli, qızmış
Qaqımaq – qəzəblənmək
Qaltaban – yalançı, şarlatan,
namussuz, kobud
Qamu – hamı
Qancəri – necə, nə cür
Qanda – harda
Qanı – hanı
Qatında – yanında, hüzurunda
Qatmaq – qoymaq, soxmaq
Qəhr – acıq, kədər
Qəmküsar – qəm dağıdan
Qəylə – xörək adı
Qopuz – qədim musiqi aləti
Qığırmaq – çığırmaq, çağırmaq
Qılmaq – etmək
Qıynaq – dırnaq, pəncə
Qutlu – uğurlu, xoşbəxt
Qutlulamaq – təbrik etmək

L

Lacivərd – qiymətli daş
Laf – söz, boşboğazlıq,
danışıq
Laf urmaq – boşboğazlıq
etmək
Lala – mürəbbi
Ləli-bədəxşan – Bədəxşan
ləli

M

Mahəzər – hazır olan, ortada
olan
Mahtaban – ayın aydınlığı,
parlaq ay
Manənd – bənzər, oxşar
Mehr – günəş, məhəbbət
Mədəd – kömək, yardım
Məxtum – qurtarmış
Məkkar – aldadan, hiyləgər
Məlamət – danlaq, qaxınc
Mərəz – dərd
Məstur – örtülü, qapalı, bakirə
Məşriq – şərq
Miri-sipah – qoşun başçısı
Mövzun – ahəng, uyğun
Mühəqqəq – doğru, yəqin,
gerçək
Müqəyyəd – bağlı, asılı,
düşünən
Münacat – gizli söhbət,
Allaha dua etmək
Münəvvər – işıqlı, işıqlandırılmış
Müsənnif – əsər yazan,
müəllif
Müstəmənd – yazıq, biçarə
Müştaq – arzulayan, həsrət
çəkən.
Müzzəhhəb – qızıl suyuna
çəkilmiş

N

Nəqarə – nağara
Nəqib – başçı, qəbilə başçısı
Nəsnə – bir şey
Nəsrin – nəstərən çiçəyi, ağ
rəngli çiçək
Nigar – gözəl
Niknam – yaxşı ad qoymuş
Nitə – nə cür
Novruz – musiqi havası
Nücum – ulduzlardan bəhs
edən elm, astronomiya
Nühuft – müsiqi havası

O

Oxunmaq – dəvət etmək,
qonaq çağırmaq
Oluqdəm – o an, o dəm
Olusər – olacaq
Oran – miqdar, yer
Oturaq – pilləkən

Ö

Ög – ağıl
Ögün dövşürmək – ağlını
başına yığmaq
Ögüş – çox, bol
Ömrü dağıldı – öldü
Örü – dik
Örü durdu – dik durdu
Ötə – sonra, təkrar, irəli

P

Peykər – bədən, cüssə, surət
Peymanə – qədəh, əhd, söz
vermək
Pər – qanad
Pəs – sonra
Piç – dolaşıq, sarılmış
Pünhan – gizli
Pür – dolu, çox
Pürqəm – qəmli, dərdli

R

Raz – sirr
Razdaş – sirdaş
Rəxt – paltar, yatacaq
Rəvan – axan, gedən

S

Saçı – gəlinə verilən hədiyyə,
toy hədiyyəsi, gəlinin
başına şəkər, alma,
buğda səpmək mərasimi
Sağmaq – yuxarı çıxmaq
Salaq – ucu zəncirli topuz,
gürz
Salavat – peyğəmbərə alqış
Salqın – sapan
Sanı – fikir, təsəvvür
Səhhar – sehrçi, sehrbaz
Səməndər – odda yaşayan
əfsanəvi quş
Sər – baş
Sərd – soyuq
Sərhəng – qoşun böyüyü,
qapıçı; gözətçi
Sərvər – başçı, rəis
Sitəm – zülm, əziyyət
Sonuncu – ən son, sonuncu
Söz öküş – xülasə, sözün
xülasəsi
Söz sıymaq – sözü yerə
salmaq, rədd etmək
Söyir – yuxu, röya
Suy – tərəf
Sün – yaratmaq

Ş

Şahnaz – muğam adı
Şeyda – aşiq, vurğun
Şəb – gecə
Şəms – günəş
Şəngül – xoş sözlü
Şir – süd
Şiştə – şeştar, altı telli saz
Şoluqdəm – o an, o saat,
dərhal

T

Taalallah – Allah yüksəltsin
Tana qalmaq – heyrətlənmək,
şaşmaq
Tanladı – danladı, təəccüblə
qarşıladı
Taramaq – araşdırmaq,
seçmək
Tapu – hüzur
Taş – dişarı, xaric
Təam – xörək
Təbir – yuxu yozma
Təfərrüc – qəm-qüssəni
dağıtmaq, gəzmə
Təmbur – uzun qollu saz
Tolundu – batdı, gün batdı
Turaq – duraq, qərargah
Turu gəldi – ayağa qalxdı
Tuturqan – tuturqu, xörək
adı
Tüyur – quşlar

U
Uçmaq – cənnət
Ulalmaq – böyümək
Ulayıban – qataraq, əlavə
edərək
Uru durdu – dimdik durdu
Urunmaq – geyinmək, qoymaq
Us – ağıl, zəka, idrak
Uş – bu saat, indi
Utalı-utalı – qısıla-qısıla,
utana-utana

Ü

Ün – səs
Ülü – qisim, bölük, yarı
Ürdi – üfürdü

Y

Yaran – köməkçilər, yoldaşlar
Yavuz – pis, yaman, qorxulu,
sərt
Yəğma – oğurluq, qarət
Yörə – fal, xeyir-dua
Yüküş – çox, tez

Z

Zaval – bəla, məhv olmaq
Zehi – nə gözəl, nə yaxşı
Zəbərcəd – qızıla çalan qiymətli
daş
Zəxm – yara
Zikr – yada salma, söyləmə
XS
SM
MD
LG