Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:17

ABŞ əfvi alqışlayır


John Kirby
John Kirby

-

ABŞ səfirliyi Dövlət Departamentinin sözçüsü John Kirby-nin açıqlamasını yayıb.

«Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin insan haqları sahəsindəki işlərinə və ya öz fundamental azadlıqlarını həyata keçirdiyinə görə həbs edilmiş ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır», - açıqlamada deyilir.

«Bu gün (martın 17-də-red.) azad edilmişlər arasında tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, talış etnik azlığının nəşrinin baş redaktoru Hilal Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov da şərti azadlığa buraxılıb», - J.Kirby deyib.

Onun sözlərincə, Birləşmiş Ştatlar Azərbaycan hökuməti ilə «əlavə müsbət addımlar» üzərində işləməyə hazırdır: «Biz, həmçinin, hökuməti eyni azadlıqları həyata keçirdiyinə görə həbs olunmuş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkə etmə azadlıqlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq».

Prezident Əliyevin martın 17-də verdiyi əfv sərəncamıyla 10-dan artıq «siyasi məhbus» buraxılıb.

XS
SM
MD
LG