Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:49

Bayden: ABŞ Ukraynanın Rusiyanın dərinliklərini vurmasına qadağanı qaldırmaq üzərində işləyir


ATACMS
ATACMS

ABŞ Ukraynanın Amerika uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərini vurmasına məhdudiyyətlərin ləğvi üzərində işləyir. "Reuters" yazır ki, bunu prezident Co Bayden (Joe Biden) jurnalistlərlə söhbətində deyib.

Vaşinqton Kiyevin belə silahlardan istifadəsinə məhdudiyyətləri qaldıra bilərmi? Ağ evi tərk etmək üzrə olan Bayden deyib: "Hazırda bunun üzərində işləyirik".

Dövlət katibi Entoni Blinken bundan öncə təsdiqləmişdi ki, ölkəsi Ukraynanın Rusiyaya zərbələrdə uzaqmənzilli Qərb silahlarından istifadəsi üzrə danışıqlar aparacaq. Bunu "Bloomberg" yazırdı.

"Biz Ukraynanın uzaq mənzilli raketlərdən istifadəyə məhdudiyyətləri qaldırmaqla bağlı xahişini nəzərdən keçirəcək, onu dinləyəcəyik", – Blinken vurğulayıb.

Qərb nəşrlərinin yazdıqları

"Axios" nəşrinin müxbiri isə yazmışdı ki, ABŞ yaxın gələcəkdə Ukrayna ordusuna Rusiyaya zərbələrdə ATACMS uzağı vuran raketlərdən istifadəsinə icazə verəcək. Məlumata görə, dövlət katibi Blinken sentyabrın 11-də Kiyevə səfəri zamanı bunu bəyan edəcək.

"The Times" qəzeti də Britaniya hökumətindəki mənbələrə istinadla yazıb ki, ABŞ yaxın həftələrdə Ukraynaya Rusiyanın ərazisinin dərinliklərini vurmağa icazə verə bilər. Qəzetin yazdığına görə, BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dövlət başçıları və nazirlərin görüşü öncəsi Vaşinqtonun mövqeyi dəyişə bilər.

"Politico" isə qeyd edib ki, Ukrayna ABŞ-a məhdudiyyətlərin qaldırılacağı halda, Rusiya ərazisində vurmağı planlaşdırdığı obyektlərin siyahısını Vaşinqtona təqdim etmək istəyir. ABŞ iyunda Ukraynaya Rusiya ilə sərhəd boyunca Amerika silahlarından istifadəyə icazə verib. Ancaq Ağ ev hələ də ehtiyat edir ki, uzaqmənzilli silahlarla Rusiyaya zərbələrin Kremli daha aqressiv hərəkətlərə sövq edər.

Mayda Rusiya Ukraynanın Xarkov vilayətinə hücum edəndə Vaşinqton Kiyevə Amerika silahları ilə Rusiya ərazisini vurmağa icazə verib. Amma ATACMS raketlərindən istifadəyə qadağa götürülməyib.

Peskov: “Moskva buna uyğun cavab verəcək”

Kreml sentyabrın 11-də bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya onun ATACMS uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi icazəsi verərsə, Moskva buna “uyğun” cavab verəcək.

Reuters agentliyi yazır ki, Moskva artıq belə bir icazənin verildiyini ehtimal edir.

Bundan əvvəl xəbər verilmişdi ki, Bayden administrasiyası Kiyevə belə bir icazənin verilməsi “üzərində işləyir”.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə gündəlik brifinqində deyib ki, belə görünür, Vaşinqton Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün Ukraynaya icazə verib.

Peskovun sözlərinə görə bu baş verərsə, buna “müvafiq” cavab veriləcək və bu cavabın konkret olaraq harada və ya hər yerdə veriləcəyini gözləmək olar.

XS
SM
MD
LG