Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:05

Qırğızıstan Rusiyaya qarşı sanksiyalara 'imkan daxilində' əməl edir


Qırğızıstanın xarici işlər naziri Jeyenbek Kulubayev
Qırğızıstanın xarici işlər naziri Jeyenbek Kulubayev

Qırğızıstanın xarici işlər naziri Jeyenbek Kulubayev bəyan edib ki, Bişkek Avropa İttifaqının Ukraynaya tammiqyaslı müdaxiləsi ilə bağlı Rusiyaya qarşı sanksiyalarına “imkan daxilində” əməl edir.

Nazirin sözlərinə görə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi İttifaqına üzv olan Qırğızıstan Rusiyaya qarşı sanksiyalara əməl olunmasına dair Avropa İttifaqının ricasını qəbul edib.

Kulubayev deyib ki, amma praktikada bu tələblərin necə yerinə yetirilməsini heç də həmişə izləmək olmur.

Moskva Bişkekin əsas ticarət partnyorudursa...

Nazir bunu da vurğulayıb ki, Rusiya onun ölkəsinin əsas ticarət partnyoru olaraq qalır:

"Biz bu münaqişədə Rusiyanı və ya Ukraynanı dəstəkləyə bilmərik, ona görə də sanksiyalara imkan daxilində əməl edəcəyik, çünki bəzi mallar hərbi sahəyə aid ola bilər”.

Avropa İttifaqı dəfələrlə bəyan edib ki, sanksiyalı malların Rusiyaya dolayı yollarla gətirilməsinə qarşı mübarizə aparacaq.

Məhz buna görə də Aİ may ayında ikili təyinatlı malların Rusiya ərazisi ilə tranzitini qadağan edib.

Lüksemburq razılaşamsı

Ötən oktyabrda Lüksemburqda Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin görüşü olub.

Tərəflər bu görüşdə sanksiyalardan yayınmanın önlənməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

Rusiyaya qarşı Aİ sanksiyalarının 12-ci paketində Avropa mallarını Rusiyaya yönləndirən üçüncü ölkələrə və qeyri-Avropa şirkətlərinə qarşı ikincili və ya törəmə sanksiyaların qoyulması təklif olunub.

Moskvanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri yüzlərlə xarici korporasiya, şirkət və brend Rusiyadakı bizneslərinin bağlandığını elan edib. Beləliklə bu şirkətlərin xaricdən Rusiyaya idxalı dayanıb.

Buna cavab olaraq Rusiya ölkəyə xarici malların paralel idxal çərçivəsində üçüncü ölkələrin vasitəsilə gətirilməsinə icazə verib.

Belə qayda malların Rusiyaya gətirilməsi üçün onların ilkin sahibinin razılığının alınmamasına imkan verir.

XS
SM
MD
LG